Milli Məclis komitələrində büdcə müzakirələri davam etdirilib Siyasət

Milli Məclis komitələrində büdcə müzakirələri davam etdirilib

Milli Məclis komitələrində 2020-ci ilin büdcə zərfinin müzakirələri dünən də davam edir. Büdcə zərfinin müzakirələrinin ikinci günündə nəzərdə tutulan iclas keçirilib.
Müzakirələrdə Milli Məclisin 5 komitəsi - Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil, Mədəniyyət komitələri birgə iştirak ediblər.
Xatırladaq ki, noyabrın 5-də parlamentdə büdcə zərfinin müzakirəsi ilə əlaqədar ilk iclas keçirilib. İclasda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, Təbii ehtiyatlar, energetika və ekologiya, Aqrar siyasət, İctimai birliklər və dini qurumlar komitələri bir araya gəlib.
Noyabrın 7-də isə İnsan hüquqları, Regional məsələlər, Hüquq siyasəti və dövlət quruculuğu , Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Gənclər və idman komitələrinin birgə iclasının keçirilməsi nəzərdə tutulur.
Daha sonra 2020-ci ilin büdcə zərfinin müzakirəsi parlamentin plenar iclasına tövsiyə olunacaq.