“Azərbaycan və Rusiya arasında təmaslar yeni mərhələyə keçib” Siyasət

“Azərbaycan və Rusiya arasında təmaslar yeni mərhələyə keçib”

Dünən Moskvada X Rusiya-Azərbaycan regionlararası forumu işə başlayacaq. Forum çərçivəsində Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Vestnik Kazkaza” saytına Azərbaycan-Rusiya münasibətlərinin vəziyyəti barədə kiçik müsahibə verib.

Müsahibəni oxucularımıza təqdim edirik

-Rusiya ilə Azərbaycan arasında hazırkı ünsiyyəti necə dəyərləndirirsiniz?

- Azərbaycan və Rusiya arasında yüksək nümunəvi münasibətlər ölkələrimiz arasında iqtisadi inkişafa münbit zəmin yaradır. Xüsusən, son illəri Azərbaycan-Rusiya münasibətlərinin sürətli inkişaf dövrü kimi səciyyələndirmək olar. Ölkələrimiz arasında münasibətlərin möhkəmlənməsi kursunun əsasını Azərbaycanın Ümumilli lideri Heydər Əliyev qoyub. Hazrda bu kursu Azərbaycan prezidenti İlham Əliyev və Rusiya dövlət başçısı Vladimir Putin inkişaf etdirir.

Azərbaycanda 100 mindən artıq Rusiya mənşəli sakinin yaşmasından şadıq və bu Qafqazda ən böyük rusdilli diaspordur. Rusiyada isə öz növbəsində böyük Azərbaycan diasporu yaşayır. Bütün bu amillər bizim çox dərin dostluq münasibətlərində olmağımızdan xəbər verir. Təbii ki, iqtisadi münasibətlər inkişaf etmədən bu mümkün deyil. İqtisadi təmaslar sıxlaşdırqca isə humanitar əlaqələr də möhkəmlənir.

-X Rusiya-Azərbaycan regionalarası forumdan hansı gözləntiləriniz var?

-Bu gün və sabah çox vacib məsələlər müzakirə olunacaq. Birinci məsələ Rusiyada da, Azərbaycanda da sərmayə mührinin yaxşılaşmasıdır. Çünki bizim ölkələr digərlərindən ictimai-siyasi sabitliyi ilə seçilir. Sektorlardan biri turizmə həsr olunub. Belə ki, son illər Azərbaycanda da, Rusiyada da turizm sürətlə inkişaf edir. Daha bir mövzu humanitar əlaqələrin möhkəmlənməsidir. Bunun sayəsində hər ay Rusiya və Azərbaycan mədəniyyət və incəsənət xadimlərinin qarşılıqlı səfərlərini görmək olar.

Bütövlükdə Forumun böyük önəmi var. Düşünürəm ki, həm Azərbaycan, həm də Rysiya ictimaiyyəti bunu anlayır. Əminəm ki, ölkələrimizin həm hökumətləri, həm parlamentariləri, həm də vətəndaş cəmiyyəti bu təmasları qiymətləndirəcək və inkişaf etdirəcək.

- Bu gün Rusiya və Azərbaycanın regionları arasında əlaqələr necədir?

-Azərbaycanın Rusiyanın Stavropol diyarından, Volqoqrad, Həştərxan vilayətlərindən tutmuş Dağıstan respublikasından, Sankt-Peterburqa qədər bir çox regionla xüsusi əlaqələri var. Onlarla əlaqələri yüksəsk qiymətləndiririk. Rusiyanın bütün regionlarından Azərbaycan diasporunun olmasını nəzərə alaraq, onlarla da əlaqələrin möhkəmlənməsi vacibdir. Yuxarıda adıçəkilən regionlarla yaxşı əməkdaşlıq digər regionlarla Azərebaycan arasında iqtisadi əlaqələrə müsbət təsir göstərəcək.

- Bəs Azərbaycan və Rusiya xalqarı arasında əlaqələri necə səciyyələndirirsiniz?

-Xalqlarımız arasında qarşılıqlı hörmətlə bağlı çox misal çəkmək olar. Rusiyalıların səsverməsi nəticəsində Surqut aeroportuna Fərman Salmanovun adının verilməsini yüksək qiymətləndiririk. Belə hadisələr çox vacibdir. Bundan başqa, “JARA” festivalını da xatırlamaq istərdim. Yəqin ki, həm Azərbaycan, həm də Rusiya ictimaiyyəti razılaşar ki, “JARA” festivalı mədəni əlaqələrimizin inkişafına çox güclü impuls verəcək. Müasir Azərbaycan gəncliyi Rusiya estradasını tanımağa və sevməyə başlayıb. Rusiya sakinləri isə Azərbaycan estradası ilə tanış olublar.

Fürsətdən istifadə edib qeyd etmək istərdim ki, Rusiya jurnalistlərinin fəaliyyətini yüksəsk qiymətləndiririk. Son vaxtlar Azərbaycan haqda bir neçə maraqlı filmlər çəkilib və biz yerli televiziyalarımıza Rusiyadakı azərbaycanlıların həyatı və uğurları barədə filmləer çəkməyə çağırıram. Media ünsiyyətləri çox yaxşı effekt verir. Münasibətlərimizn inkişafına töhfə verən bütün jurnalistlərə böyük minnətdarlıq edirəm və bu sahədə işlərin artan templə getməsini arzulayıram.