“NATO 30 mindən artıq hərbiçini Rusiyanın sərhədlərinə yerləşdirir” Siyasət

“NATO 30 mindən artıq hərbiçini Rusiyanın sərhədlərinə yerləşdirir”

Məhəmməd Əsədullzadə: “Bu, NATO və Rusiya arasında yeni qarşıdurmaya yol açacaq”

“NATO "Avropanın müdafiəçisi – 2020” hərbi təlimlərinə 18 ölkənin iştirakı ilə 30 mindən artıq hərbiçini Rusiyanın qərb və cənub sərhədləri hüdudlarına yerləşdirir. Bu, NATO və Rusiya arasında yeni qarşıdurmaya yol açacaq və Moskvanın qonşularına qarşı aqressiyası yeni mərhələyə keçəcək. Şərqi Avropa istiqamətinə yerləşdiriləcək hərbi kontingent əsasən, Rusiyanın Avropaya qarşı təcavüzkar siyasətini önləməklə yanaşı, Moskvaya əzələ nümayişidir”. Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. Ekspert bildirib ki, son illərdə Alynasla Rusiya Şərqi Avropada güc nümayişi etdirir: “Əsasən Rusiyanın Baltikyanı ölkələrə və Polşaya qarşı Belarus ərazisindən hərbi təhdidləri, Ukrayna da genişlənən artan aqressiyasi NATO-nu bu addımı atmağa sövq edib. Bundan əlavə, yeni geosiyasi toqquşmalar fonunda NATO tədbirlər alaraq Avropanın müdafiəsi istiqamətində taktiki-operativ gedişlər edərək region ölkələrinin müdafiəsini gücləndirir.
NATO bu təlimlər fonunda Cənubi Qafqazda öz hərbi kontingentini yerləşdirməyi planlayır. Gürücüstana bu təlimlərlə əlaqədar hərbiçilər və texnikalar yerləşdirəcək. Bu da regionumuzun aktiv şəkildə NATO-nun çətiri altına girməyi və təhlükəsizlik çəmbərinin formalşamasına gətirib çıxaracaq. Moskvanın Tiflisə təzyiqləri nəticə verməyəcək.
Qeyd edim ki, Alyansın Cənubi Qafqazda mövqelərini gücləndirməsi Azərbyacanın milli təhlükəsizlik maraqlarına uyğundur. Məhz Azərbaycanın xarici strateji siyasi xətti Avrinteqrasiya siyasətinə əsaslanır.
Regionda NATO-nun fəallığı Qarabağ münaqişəsinin həllinə töhfə verə bilər. Çünki, Alyans regionda münaqişələrin həllində maraqlıdır və Rusiyanın burada təsirini zəiflətməklə münaqişələrin beynəlxalq hüquq çərçivəsində həllinə əsaslanır.
NATO-nun Şəriq Avropa və Cənubi Qafqazda təsirinin inkişafı gələcək perspektidə Moskvanın artan təcavüzünü qarşısnı alacaq və region ölkələrinin müstəqilliyinin möhkəmləndirilməsinə və yeni ərazi işğallarının qarşısnı alacaq”.
Politoloq həmçinin Azərbaycanın işğal olunmuş ərazilərində keçiriləcək qondarma seçkiləri də şərh edib. O bildirb ki, gələn ay Azərbaycanın işğal olunmuş ərazilərində qondarma parlament və prezident seçkiləri keçiriləcək: “Bu “seçkilərin” heç bir hüquqi əsası yoxdur və Ermənistan bu qondrama qurumu müstəqil tərəf kimi tanıtmağa nail ola bilməyəcək”.
Məhəmməd Əsədullazadə deyib ki, Qarabağda keçirilən “seçkilər” Ermənistanın daxili siyasətinə ciddi təsir edir: “Bu proses “Qarabağ klanı” və Nikol Paşinyan arasındakı savaşın kulminsasiya mərhələsi olacaq. Hesab edirəm ki, Serj Sərkisyan və Vitali Balasanyan işğal bölgəsində Paşinyana qarşı siaysi cəbhə formalaşdırıb “hakimiyyəti” öz əllərində saxlamağa cəhd edəcək. Həbsdə olan Robert Köçəryan da bu prosesə dəstək verir. O da Balasanyanın qələbə qazanmasında maraqlıdır.
Artıq Ermənistanda Paşinyana qarşı siyasi ittifaq qurulur. Çiçəklənən Ermənistan partiyasının lideri Qagik Çarukyan və Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Artur Vanetsyan Paşinyna qarşı anlaşma əldə edib. Vanetsyan Kremlin adamıdır və bu ittifaqa eks-baş nazir Karen Karapetyanın da qoşulacağı gözlənilir”.
Məhəmməd Əsədullazadə hesab edir ki, 2020-ci il Ermənistan baş naziri üçün təlatümlü keçəcək: “Əgər Paşinyan separatçı rejimin başına öz adamını gətirə bilməsə, “Qarabağ klanı” öz əlini gücləndirmək üçün fürsət əldə edəcək, onu hakimiyyətdən uzaqlaşdırmaq istiqamətində aparılan işi genişləndirəcək. “Qarabağ klanı”nın Paşinyanın düşməni Vanetsyan-Çarukyan bloku ilə birləşməsi ehtimalı da gündəmdədir”.