“Müharibənin sonu parçalanma ola bilər”
16 Dekabr 21:33
16 Dekabr 21:33
16 Dekabr 21:13
16 Dekabr 20:12
16 Dekabr 18:38
5 Mart 2020 13:11
1 995
ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Türkiyə xarici işlər naziri ilə görüşməsi plan çərçivəsindədir və Ermənistanın bununla bağlı heç bir qorxusu yoxdur.
Bunu Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan parlamentdə çıxışı zamanı deyib. O, Dağlıq Qarabağ konfliktinin sülh yolu ilə həllində Türkiyənin heç bir rol oynaya bilməyəcəyini söyləyib.
Mnatsakanyan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Türkiyə xarici işlər naziri ilə görüşündə qeyri-adi heç nə olmadığını söyləyib:
“Həmsədrlərə tam güvənirik. Biz bu planla çox yaxşı tanışıq və yaxşı bilirik ki, onlar hansı yanaşmalarla işləyirlər. Bu planda qeyri-adi heç nə yoxdur. Bu, birinci görüş deyil, əvvəllər də digər bir sıra dövlətlərlə görüşlər keçirilib. Bu, normal iş prosesidir, bizim Minsk Qrupunun həmsədrləriylə əlaqədər narahatlığımız yoxdur. Mümkün fərq Türkiyədən edilən şərhdir”.
Qeyd edək ki, ATƏT-in Minsk Qrupu həmsədrlərinin Türkiyə XİN rəhbəri M.Çavuşoğlu ilə görüşü və bu görüşdə qardaş ölkənin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı tələbi Ermənistanda böyük təşvişlə qarşılanıb.
16 Dekabr 17:20
1 253
16 Dekabr 17:19
1 477
16 Dekabr 17:08
1 197