Ərdoğan NATO-ya Qarabağı xatırlatdı Siyasət

Ərdoğan NATO-ya Qarabağı xatırlatdı

Türkiyə prezidenti: "Azərbaycana verilən vədlər yerinə yetirilməlidir"

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammiti çərçivəsində keçirilən NATO-Ukrayna Komissiyasının toplantısında iştirak edib. APA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, dövlət və hökumət başçıları səviyyəsində toplanan komissiyanın toplantısında çıxış edən Ərdoğan NATO-nun Azərbaycana verdiyi vədləri yerinə yetirməsinin vacibliyini vurğulayıb. O bildirib ki, Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması böyük əhəmiyyət daşıyır.
Türkiyə prezidenti Ukrayna probleminə də toxunub. O bəyan edib ki, Ukraynanın ərazi bütövlüyü, suverenliyi, müstəqilliyi və milli birliyinə Türkiyənin verdiyi dəstək bundan sonra da davam edəcək. Prezident Krımın qanunsuz ilhaqının Türkiyə tərəfindən tanınmayacağını təkrarlayıb. R. T. Ərdoğan təzyiqə məruz qalan Krım tatarlarının təcrid edilməsinin yolverilməz olduğunu da əlavə edib və problemin siyasi yolla həllini vacib sayıb.