
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
“COVID-19 böhranı bütün dünyanı təhdid edir”.
Bunu Əlcəzair Prezidenti Əbdülməcid Tebbun Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə videokonfrans vasitəsilə keçirilən Qoşulmama Hərəkatının Təmas Qrupu formatında Zirvə görüşü zamanı deyib.
“Bu, indiyə qədər görünməmiş bir vəziyyətdir. Eyni zamanda, pandemiyanın sosial-iqtisadi nəticələri də qeyd olunmalıdır”, - deyə Əlcəzair Prezidenti qeyd edib.
Əbdülməcid Tebbun deyib ki, bu vəziyyət çoxtərəfli yanaşma və birgə səylər tələb edir.
Onun sözlərinə görə, mövcud böhran və onun təsirləri beynəlxalq münasibətlərdə ciddi dəyişikliyin tələb olunduğunu ortaya çıxarıb.
Əlcəzair Prezidenti vurğulayıb ki, Qoşulmama Hərəkatı əsas beynəlxalq təşkilatlardan biri kimi üzərinə düşən rolu oynamalıdır.
Ölkəsinin COVID-19-la mübarizə çərçivəsində Əlcəzairin gördüyü işlər barədə danışan Əbdülməcid Tebbun bildirib ki, ölkəsində virusun yayılmasının qarşısını almaq üçün lazımi tədbirlər görülüb, karantin rejimi tətbiq olunub.
Əlcəzair Prezidenti yaxın zamanlarda BMT Təhlükəsizlik Şurasını Yəmən və Liviyadakı vəziyyətlə bağlı iclas keçirməyə çağırıb.
“Birtərəfli addımlar beynəlxalq səyləri zəiflədir. Biz pandemiyanın təsirləri ilə mübarizə üçün iş planı hazırlamalıyıq. Bu mübarizənin bütün mərhələlərində məlumat və təcrübələrin bölüşdürülməsi vacibdir. Əlcəzair pandemiyanın iqtisadi və sosial təsirlərini azaltmaq üçün əməkdaşlığa hazırdır”, - deyə Əbdülməcid Tebbun qeyd edib.