BAXCP sədri: Azərbaycanla Türkmənistan arasında Xəzərin təki ilə yol çəkilsin Siyasət

BAXCP sədri: Azərbaycanla Türkmənistan arasında Xəzərin təki ilə yol çəkilsin

“Belə bir yolun çəkilməsi məsələsi gündəmə gəlsə “Bir kəmət bir yol” layihəsinin üzərində olan ölkələr buna maliyyə dəstəyi verə bilərlər”

“Bir məsələni həmkarlarımın, ümumiyyətlə hökumət üzvlərinin diqqətinə çatdırmaq istəyirəm. Yəqin, rast gəlmisiniz ki, əsrin böyük layihələrindən biri Norveçdə həyata keçirilib. Norveçin bir başından o biri başına suyun altı ilə dəyəri 40-47 milyard dollar civarında olan yol çəkilir. Suyun altı ilə çəkilən bu yolun uzunluğu 1100 kilometrdən artıqdır”. Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev parlamentin plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında 2008-ci il 19 may tarixli Sazişə dəyişikliklər və əlavələr edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında qanununun layihəsinini müzakirəsi zamanı səsləndirib. Millət vəkili əlavə edib ki, Azərbaycanla Türkmənistan arasındakı məsafə 300 kilometrdən də azdır. Norveçdə, haqqında söz açdığım sualtı yol layihəsini pantonlar vasitəsilə suyun 380 metrlik dərinliyində həyata keçiriblər. Xəzərdə isə Türkmənistanla bizim aramızda məsafədə suyun dərinliyi 200 metrdən bir qədər artıqdır: “Bunu ona görə deyirəm ki, belə bir layihəni artıq sınaqdan keçiriblər, onun üzərindən böyül tankerlər də üzüb keçib. Hətta qəza olanda, borulara toxunanda da onlar ekoloji problem yaratmayıb. Onlar uzun müddət idi ki, bu layihəni müzakirə edirdilər. Nəhayət 2017-ci ildə bu layihənin reallaşdırılmasına başlayıblar. Azərbaycanla Türkmənistan arasında da Xəzərin dibi ilə belə bir yolun çəkilməsi məsələsi gündəmə gəlsə - baxmayaraq ki məsafə də azdır - Çindən başlayaraq bütün Orta Asiya respublikaları, Avropa İttifaqı, ümumiyyətlə Çindən başlayan “Bir kəmət bir yol” layihəsinin üzərində olan ölkələr buna maliyyə dəstəyi verə bilərlər. Əlbəttə bu gələcəyin işidir, amma indidən bunun müzakirəyə çıxarılması, diskussiyaların aparılması hesab edirəm ki, önəmli olar. Ona görə də diqqətinizi bu məsələyə yönəltmək istəyirəm”.

Əli