Əraqçi: İran Hörmüz boğazının ağası olub və olacaq
13 İyul 22:45
13 İyul 22:45
31 May 2020 16:49
3 395
“Millət vəkilləri olaraq, ünvanlı dövlət sosial yardımla bağlı hər gün müraciətlər alırıq”.
Bunu Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Qənirə Paşayeva deyib.
O bildirib ki, problemin kökü çox fərqlidir: “Pay torpaqları vətəndaşlara verilən zaman ya atanın, ya da ananın adına verilir. Vətəndaş illər sonra sosial yardım almaq üçün müraciət edəndə “yox” cavabı alır. Pay torpağı aktının sənədləşməsi üçün rüsum çox yüksəkdir. Ona görə aidiyyəti qurumları bu məsələnin həll yolunu tapmağa çağırıram. Xidmət və rüsum haqlarının qiymətlərinə bir daha baxılmalıdır. Ən azından ünvanlı sosial yardım almaq üçün müraciət edənlər üçün bu vəsaitlər azaldılmalıdır”.
13 İyul 21:32
1 624
13 İyul 20:34
1 414
13 İyul 20:32
1 211