Hikmət Hacıyev: Bu təxribat təsadüfi deyil və əvvəldən planlaşdırılmış bir təxribat idi Siyasət

Hikmət Hacıyev: Bu təxribat təsadüfi deyil və əvvəldən planlaşdırılmış bir təxribat idi

12 iyul Ermənistan tərəfindən Tovuz istiqamətində törədilən təxribat və terror aktı kimi qiymətləndirilməlidir.

Bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, bu təxribat təsadüfi deyil və əvvəldən planlaşdırılmış bir təxribat idi. PA rəsmisi qeyd edib ki, Ermənistanın bu təxribatı törətməkdə məqsədi Dağlıq Qarabağ münaqişəsindən diqqəti yayındırmaq, sərhəddə gərginlik yaratmaq və regionu təhlükədə qoymaq, 3-cü tərəfləri münaqişəyə cəlb etmək, Azərbaycanın beynəlxalq uğurlarına xələl gətirməm, Şərq-Qərb nəqliyyat dəhlizinə xələl gətirmək, regionu yeni ekoloji fəlakətlərlə üz-üzə qoymaq, yeni ərazilər işğal etmək və sərhəddə müəyyən üstünlüklər əldə etmək, Ermənistanda ölkədaxili problemlərdən şdiqqəti yayındırmaq, Aprel və Günnüt əməliyyatında Ermənistana vurulmuş zərbənin qisasını almaq idi:

“Lakin Ermənistan heç bir məqsədə nail ola bilmədi, Azərbaycan Ordusu Ermənistanın bu mənfur hücumunun qarşısını aldı və Ermənistan öz layiqli cavabını aldı. Bu təcavüz aktına görə məsuliyət ermənistanın siyası rejiminin üzərinə düşür".