08:27
329
ABŞ Prezidenti Donald Tramp sentyabrın 28-də Ağ Evdə süni intellektlə (Sİ) bağlı bəyanatla çıxış edəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə dövlət başçısı Çikaqodan (İllinoys ştatı) qayıtdıqdan sonra Vaşinqton yaxınlığındakı Endryus hərbi bazasında jurnalistlərə müsahibəsində bildirib.
Ağ Ev Amerika liderinin iş qrafikini yayımlayıb və burada onun saat 21:00-da bəyanatla çıxış edəcəyi qeyd olunub. Jurnalistlər Trampdan çıxışın neyə həsr olunacağını soruşublar. "Bildiyiniz kimi, çərşənbə axşamı "Anthropic" ilə görüşümüz var. Bu, mühüm olacaq. Bu axşam isə mən "Anthropic" şirkətinin rəhbəri Dario Amodei ilə şam yeməyində bir araya gələcəyəm. Bu gün saat 22:00-da şam yeməyim var. Mən böyük hörmətə malik "Anthropic" şirkətindən Dario ilə şam edəcəyəm. O, "Anthropic"ə rəhbərlik edir", - deyə Amerika lideri bildirib.
Amodei bundan əvvəl xəbərdarlıq etmişdi ki, Sİ texnologiyaları nəzarətdən çıxacağı təqdirdə bütövlükdə bəşəriyyət üçün təhlükə yarada bilər. O, "Anthropic"in "istehsal olunan istənilən Sİ texnologiyasının təhlükəsizliyini təmin etmək üçün Sİ-nin inkişaf sürətini tələb olunan dərəcədə yavaşlatmağa" hazır olduğunu bəyan edib. Tramp isə Sİ-nin maneəsiz inkişafının tərəfdarıdır.
Məryəm Quliyeva