İranın ideoloji filial yaratmaq cəhdi... Siyasət

İranın ideoloji filial yaratmaq cəhdi...

Elman Cəfərli : "Nardaranda Azərbaycan qanunları işləmir"

Vüqar Zifəroğlu: "Bunun təxribat xarakteri daşıması da mümkündür"

Bakının Nardaran kəndində Aşura günü ilə bağlı keçirilən bir tədbirdə İran bayrağı asılması cəmiyyətdə də kəskin reaksiya doğurub. Sosial şəbəkələrdə yayılmış video görüntülərdə Nardaranda keçirilmiş tədbirdə İran bayrağı ilə yanaşı, bu dövlətin dini liderləri Xomeyni və Xameneyinin fotolarının da yer aldığı görünür. Video görüntülərdə Aşura günü ilə bağlı bir qrup şəxs az qala meyxana ritmi ilə mərsiyə deyirlər.
İranın az qala özünün ideoloji filiala çevirdiyi Nardaran reallığının açıq şəkildə Azərbaycan dövlətçiliyinə qarşı yönəldiyi heç kimdə şübhə doğurmur. "Olaylar"ın siaysi şərhçisi Elman Cəfərli bildirdi ki, Nardaran artıq neçə ildir ki, özünü İranın bir qəsəbəsi kimi aparır. Onun fikrincə Nardaranda Azərbaycan qanunları işləmir: "Mən bu yaxınlarda qəsəbədə oldum, kəndin mərkəzində Azərbaycan Respublikasına aid nə bir simvol, nə bir atribut, nə bir şüar, sloqan görmədim. İmam Hüseyndən sitatlar, "Biz Hüseynin əsgəriyik", "Biz Zeynəbin adamlarıyıq" kimi şüarlar gördüm. Heç elə bil İslam və Quran Məhəmməd peyğməbərə göndərilməyib. Nardaranda tez-tez hansısa imamın, övladlarının ölüm günü, doğum günü qeyd olunur, təziyyə, ağlaşma mərasimləri keçirilir. İslamda belə şeylər yoxdur! Bu birbaşa İran ideologiyasıdır. Fars ideolofiyasə türkü ayırmaq, idarə etmək üçün uydurulmuş bir xəttdir. İran ideologiyası molla rejiminə ona görə lazımdır ki, bu dövləti qurub farslara vermiş, indiyə qədər də onu qorumuş türklər oyanmasın. Güney Azərbaycan öz müstəqilliyini tələb etməsin. Ona görə belə edirlər ki, insanlarda milli şüur oyanmasın. Bu ideologiyadan nə qədər tez qurtulsaq bir o qədər yaxşıdır".
Onun sözlərinə görə, İranda İslamı dəyərlər məzhəbçilikdən və molla ideologiyasındanuzağa getmir: "İndi ordakı vəziyyəti bura tətbiq etmək istəyirlər. Ancaq yanılırlar. Baxın, 20 ildən çoxdur İranın Azərbaycanda casus və təxribat şəbəkəsi fəalliyyət göstərir, ancaq istəklərinə nail olmayıblar. Çünki fars ideologiyasına xidmət edən məzhəbçiliyin türkə aiddiyyatı yoxdur. Baxın, milyonlarla pul xərcələdilər, ancaq İran ideologiyası, xomeyniçilik Nardarandan kənara çıxmadı. Bununla belə Nardaranın "iranlaşması" da bizə yaxşı heç nə vəd eləmir. Bakı kəndlərinin heç biri Nardaran qədər təhlükəli deyil. O kəndlərdə İranın təxribatları keçmir. Hesab edirəm ki, Nardarandakı məlum təxribatla bağlı ciddi ölçü götürülməsinin zamanıdır. Məclislərdə və toplantılarda Xomeyninin, indiki dini lider Xamneyinin şəklinin asanlar, xomeyniçiliyi təbliğ edənlər Azərbaycan dövlətçiliyinə qarşı fəaliyyət göstərirlər və belə hərəkətlə cəzasız qalmamalıdır".
"Atlas" Araşdırmalar Mərkəsinin rəhbəri, politoloq Elxan Şahinoğlu da dedi ki, Nardaranda İran bayrağı ilk dəfə deyil ki, qaldırılır: "Bütün nardaranlıların İran tərəfdarı olduğunu söyləmək doğru olmazdı. Ancaq kiminsə İrana sevgisi varsa, bu onun şəxsi işidir və şəxsi seçimidir. Sadəcə İran sevgisi nümayiş etdirən şəxslər bir özlərindən soruşsunlar ki, şiə dövlət olan İran nədən Ermənistanla əlaqələrin kəsmir, axı işğalçılar Dağlıq Qarabağda onlarla məscidi dağıdıblar".
Politoloq Vüqar Zifəroğlu söylədi ki, Nardarandakı olay sırf təxribatdır: "Həssas məqamlarda insanlarda çaşqınlıq yaratmaq istəyən və dövlət düşmənlərinin dəyirmanına su tökən müəyyən təxribatçı qruplar həmişə olub, var və olacaq. Bir məqamı da qeyd edim ki, bəzən insanlar mahiyyətinə varmadan, sadəlövhcəsinə hansısa addımı atırlar. Bu heç də o demək deyil ki, Aşura günü orada yığışanların hamısı İranpərəstdir və ya radikaldır. Azərbaycan tolerant və dünyəvi bir dövlətdir. Bu səbəbdən də dini həssaslığa və ya dini mərasimlərin keçirilməsinə hər zaman normal yanaşılıb. Amma təbii ki, dövlətimizin tanıdığı və qanunlarımızla təsbit edilmiş qayda və qanunların hüdudundan kənara çıxmaması şərti ilə".
"İnformasiyalı Cәmiyyәt Uğrunda" İctimai Birliyi Mehman Muradov bildirdi ki, Nardaranda belə problemlər hər zaman olub: "1999-cu ildә ilk dәfә Azәrbaycanda bәlәdiyyә seçkilәri keçirildi. Hәmin kәnd İranın diktәsi bu seçkilәri keçirmәdi vә alternativ olaraq özlәrinin elan etdiyi Asaqqallar Şurası deyilәn bir quruma bunu hәvalә etdilәr. Nәticәdә Nardaran әhalisi bәlәdiyyәsiz qaldı. İran bayrağı Nardaranda nәinki aşura günündә, hәtta adi günlәrdә dә asılır, şuarları isә kiril vә fars qrafikasıyla yazırlar. Dövlәtçiliyə xәlәl gәtirən vә meydan oxuyanlara mütlәq qanun adekvat cavabı vermәlidir".

Əli