
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Ermənistan növbəti dəfə öz cinayətkar və terrorçu mahiyyətini ortaya qoydu, yenə də gecə yarısı Gəncədə mülki insanları yatdığı yerdə raket atəşinə tutmaqla həm ağır hərbi cinayət, həm də insanlıq əleyhinə cinayət törətdi.
Bunu Trend-ə Milli Məclsin deputatı Sevinc Hüseynova deyib.
Deputat bildirib ki, işğalçı Ermənistan bu çirkin əməlləri ilə beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını kobud şəkildə pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini və strateji obyektləri ağır artilleriyadan atəşə tutmağa davam edir:
“İlkin məlumata əsasən, Gəncədə raket atəşi nəticəsində 40 nəfərdən çox insan yaralanıb və 10 nəfərdən çox insanın öldürülüb. Bu, Ermənistan tərəfindən törədilən ən ağır müharibə cinayətlərindən biridir.
Ermənistan bu dəfə də öz mənfur ənənəsinə “sadiq” qalır, əldə olunmuş razılaşmanı kobud şəkildə pozur. Bu, bir daha göstərir ki, kriminal Ermənistan rəhbərliyi sülh istəmir, münaqişənin danışqlar yolu ilə həll edilməsinə tərəfdar deyil. Bu hadisələr bir daha təsdiq edir ki, terroru dövlət siyasəti səviyyəsinə qaldıran Ermənistan region üçün böyük təhdiddir”.
S.Hüseynova vurğulayıb ki, Gəncəyə hücum əmrini Ermənistanın terrorçu baş naziri Nikol Paşinyanın verdiyi şübhə doğurmur: “Bu məsələ araşdırılmalı, Paşinyana qarşı cinayət işi qaldırılmalı və o beynəlxalq axtarışa verilməlidir”.