20 Oktyabr 2020 19:33
2 814.jpg)
Erməni mətbuatında guya Xudafərin körpüsündə döyüş getməsi barədə yayılan məlumatlar tam yalandır. Ermənilər Xudafərini birdəfəlik unutsunlar.
Trend-in məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Müdafiə Nazirliyinin Mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.
O bildirib ki, Ermənistan bu məlumatlarla özünə təsəlli vermək istəyir: "Erməni mətbuatında düşmənin guya Xudafərin körpüsündə əməliyyat keçirməsi barədə məlumatlar yayılıb. Bildiririk ki, düşmənin Xudafərində əməliyyat keçirməsi mümkünsüzdür. Hazırda Xudafərin körpüsünə Azərbaycan Silahlı Qüvvələri nəzarət edir".
16 İyul 21:10
1 568
16 İyul 18:42
1 680
16 İyul 18:40
1 680