Döyüşlər bitənə qədər hərbi məlumatları paylaşmayaq - MM Sədr müavini müraciət etdi Siyasət

Döyüşlər bitənə qədər hərbi məlumatları paylaşmayaq - MM Sədr müavini müraciət etdi

Dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, yenə də sosial şəbəkələrdə hərbi qulluqçularımızın və döyüş texnikalarımızın görüntüləri paylaşılır. Paylaşılan şəkillər “EXIF data” adlı məlumat toplusunu özündə əks etdirir, yəni şəkili və videonu paylaşarkən sadəcə görüntünü paylaşmırsız, həm də çəkilişin aparıldığı ərazinin məlumatlarını paylaşırsınız. Görüntülər analiz edilərkən dəqiq en və uzunluq kordinatları bilinir, nəticədə həmin ərazi düşmən tərəfindən asanlıqla müəyyən edilir.

Trend-in məlumatına görə, bunu Milli Məclisin Sədr müavini Adil Əliyevin "Facebook" sosial şəbəkəsi vasitəsilə müraciətində deyib. O bildirib:

"Sizə cəbhədən şəkil göndərilibsə, xahiş edirəm paylaşıb, onların həyatını riskə atmayın. Hərbi qulluqçularımız Ali Baş Komandanın rəhbərliyində uğurlu əməliyyatlar aparır, gəlin onların işini çətinləşdirməyək, döyüşlər bitənə qədər bu cür məlumatları paylaşmağı dayandıraq".

Adil Əliyevin haqlı müraciətinə son vaxtlar hərbi qulluqçularla bağlı foto və video çəkilişlərin sosial şəbəkələrdə yayması və vətəndaşların bu cür məlumatları paylaşması səbəb olub.

Qeyd edək ki, A.Əliyev çıxışlarında, həmçinin heç bir halda qeyri rəsmi məlumatlara inanmamağı, dövlət orqanları tərəfindən bütün rəsmi məlumatların dərhal verildiyini, dövlət orqanlarının işini çətinləşdirən hallara yol verilməməsini tövsiyə edib.