Məğlub Paşinyanın əli hər yerdən üzülüb, indi də Rusiyanı ittiham edir - Deputat Siyasət

Məğlub Paşinyanın əli hər yerdən üzülüb, indi də Rusiyanı ittiham edir - Deputat

Məğlub Paşinyanın əli hər yerdən üzülüb, indi də Rusiyanı ittiham edir. Sadəcə, hələ ki, bunu öz dili ilə demir, nəzarətində olan erməni politoloqların fikirləri ilə, açıqlamaları ilə ictimai rəyə sızdırır. Hər halda belə olmasaydı, birbaşa Soros fondundan qidalanan və daim Paşinyanın əlaltısı qismində açıqlamalar verən Stepan Qriqoryan bu qədər ürəklənməz, cəsarət tapmaz və Rusiyanı etibarsız tərəfdaş olmaqda günahlandırmazdı.

Bunu Trend-ə Milli Məclisin deputatı Elşən Musayev deyib.

Deputat bildirib ki, Ermənistanın baş naziri həqiqətən çıxılmaz durumdadır:

“Bu adam artıq nə etdiyinin, hansı istiqamətdə siyasət yürütdüyünün fərqində deyil. Həm müharibəni açıq-açığına uduzur, həm ölkəsində daxili problemlər baş qaldırıb, həm də hər gün yeni absurd açıqlamalar, müsahibələr verərək özünü daha da bitirir.

Paşinyan yaxşı anlayır ki, uçurumun bir addımlığındadır və müharibə bitən kimi onun sonu gələcək. Hələ bəlkə də daha tez. Siyasətdə təsadüfi adam olmağın, destruktiv siyasət yürütməyin, təlxəkliyin axırı bax budur.

Rusiya Ermənistana aydın bir formada başa saldı ki, Azərbaycan əsgəri öz ərazisində döyüşür, işğal altındakı torpaqlarını geri qaytarır və bu məsələyə Rusiya qarışmayacaq. Yəqin, Paşinyanın həzm edə bilmədiyi budur. O axı elə bilirdi, kənardan ciddi müdaxilələr olacaq. Amma olmadı. Heç Soros dayısı da Paşinyanın arxasında durmadı. İndi vəziyyət elədir ki, Paşinyan dizlərini yerə qoyub. Gah yalvarır, gah kiməsə zəng edir, gah da ittiham edir. Bu bədbəxt siyasətçi fiaskoya uğrayıb.

Paşinyan kimisə ittiham etməkdənsə reallığı dərk etsə, daha yaxşı olar. Bu uğursuz məxluq anlamalıdır ki, Qarabağ Azərbaycanındır. Bu torpaqları biz erməni əsarətində qoymayacağıq. Artıq böyük qism ərazilərimiz işğaldan azad olunub. Proses davam edəcək və Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq. Eşq olsun Azərbaycan xalqına, qüdrətli ordumuza və Ali Baş Komandanımıza!”.