Fransa senatı demokratik dəyərlərə xəyanət edib - Türkiyə hökuməti Siyasət

Fransa senatı demokratik dəyərlərə xəyanət edib - Türkiyə hökuməti

Qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınması barədə qətnamə layihəsini qəbul etməklə Fransa senatı demokratik dəyərlərə xəyanət edib.

Bunu Türkiyə hökumətindən bildiriblər.

Qeyd olunub ki, Senatın bu addımı ikili standarların tətbiq olunmasından başqa bir şey deyil:

"Biz Fransanı Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hörmət etməyə çağırırıq".