Kəmaləddin Heydərov Bibiheybət yolunda yaranmış sürüşmə təhlükəsi ilə əlaqədar ərazidə olub - VİDEO
Prezident İlham Əliyevin İrakli Kobaxidze ilə təkbətək görüşü olub
İran XİN: "Hörmüz boğazında təhlükəsizlik üçün Omanla məsləhətləşmələr aparılır"
Muzeylərin fəaliyyətinə nəzarət Mədəniyyət Nazirliyinin tabeliyindən alınıb Dövlət Xidmətinə verilir
7 Yanvar 2021 13:19
1 673
Şuşa şəhərinin baş planının hazırlanması üzərində işlərə başlanılıb.
Bunu Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev yanvarın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, şəhərsalma planlaşdırması ilə bağlı, ilk növbədə, işğaldan azad olunmuş bütün ərazilər üzrə ümumi planın hazırlanması istiqamətində işlərə başlanılıb. Eyni zamanda, artıq işğaldan azad olunmuş ərazilərə yerində baxışlar keçirilir:
"İlk növbədə, Şuşa şəhərinin ortofoto şəkli çəkilmiş və topoqrafiya işləri davam etdirilmişdir. Eyni zamanda, ərazilərə baxış keçirilərkən orada dəymiş ziyanın qiymətləndirilməsi məsələsinə də diqqət yetirilir. Mövcud vəziyyət dəyərləndirilir və sənədləşdirilir".
S.Nuriyev əlavə edib ki, bir sıra beynəlxalq və xarici şirkətlərlə əlaqələr qurulub, danışıqlara başlanılıb. Yerli mütəxəssislərin cəlb olunması təmin edilib.
13:50
413
12:31
637
12:16
679