“Etirazlar ABŞ seçki sisteminə vurulan zərbədir” Siyasət

“Etirazlar ABŞ seçki sisteminə vurulan zərbədir”

Məhəmməd Əsəsdullazadə: “ABŞ seçkiləri ciddi zədələnib və şübhə altına alınıb”

“ABŞ-da prezident seçkilərindən sonra qalmaqal yaşanır. Əsasən Trampın demokartların əvəz çıxdığını görürük. Çünki, ötən seçkidə Tramp qalib gələndə demokrtalar onun saxta yollla və Rusiyanın yardımı ilə prezident seçilməsini deyirdi”.

Bunu “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib: “Məhz bu aspektdən yanaşdıqda Tramp da demokratların qalibiyyətini saxtakarlıq yolu ilə qazandığını vurğulayır. İlk hücumu demokratlar başlatdığı üçün baş verənlər təkcə Trampın günahi deyil. Bununla da ABŞ seçkiləri son 200 ildə ciddi zədələndi və şübhə altına alındı. Ümumiyyətlə ABŞ demokratiyası beynəlxalq münasibətlər sistemində zədələnib. Demək olar ki, ABŞ-da demokrtaik seçkilər bu 4 il ərzində qaranalıq və demokratik təsisatlardan uzaq oldu. Bunu məhz iki partiya bir-birinə qarşı ittiham səsləndirməklə etiraf edirlər. Trampın etirazlara dəstək verməsi Baydenin “Ağ evə” gəməsini əngəlləməyəcək. Ümumilikdə bu etirazlar ABŞ seçki sisteminə vurulan zərbədir və etibarlılığına kölgə saldı”.

Əli Zülfüqaroğlu