Dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasına dotasiyaların azalmasının səbəbi açıqlanıb
Paşinyan Ərdoğanın Ermənistana səfərlə bağlı dəvəti qəbul edəcəyinə ümid edir
Zəfər paradı ilə bağlı Bakıda bır sıra yollarda hərəkət tam məhdudlaşdırılacaq - SİYAHI
Allahşükür Paşazadə Roma Papası ilə görüşündə 8 noyabr Zəfərindən danışıb
1 Fevral  2021 15:33
1 512
Azərbaycan və Türkiyə arasında Birgə Media Platforması yaradılıb.
APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.
Sənədə əsasən, Birgə Media Platformasının məqsədi Azərbaycan-Türkiyə ikitərəfli əlaqələrini və əməkdaşlığını media və kommunikasiya sahəsində gücləndirməklə strateji media ortaqlığının yaradılmasıdır. Platforma çərçivəsində iki ölkə arasında sağlam media şəbəkəsinin infrastrukturunun yaradılması aşağıdakı üsullarla həyata keçiriləcək:
- Media sahəsində bilik, təcrübə və mənbələrin paylaşılması;
- İki ölkənin media sahəsində fəaliyyət göstərən rəsmi qurumları ilə birgə işlərin aparılması;
- Beynəlxalq arenada rast gəlinən dezinformasiyaya qarşı birgə mübarizə aparılması və dünya ictimaiyyətinin düzgün məlumatlandırılması;
- Televiziya və kino sahəsində ortaq işlərin həyata keçirilməsi;
- Müxtəlif media və sektor təmsilçiləri ilə tərəfdaşlığın qurulması;
- Peşə təhsili və mübadilə proqramlarının təşkil edilməsi;
- İki ölkənin fikir öndərləri arasında rabitə körpüsünün qurulması.
Sənəddə bildirilir ki, Anlaşma Memorandumunun qüvvəyə minməsindən sonrakı 3 ay ərzində Türkiyə və Azərbaycan arasında media platformasının həyata keçirilməsi üzrə məqsədyönlü, əhatəli planın hazırlanması üçün birgə işçi komissiya yaradılacaq.
Qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.
11:44
350
11:42
343
11:04
539