
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Rusiya Türkiyə ilə bütün istiqamətlərdə konstruktiv əməkdaşlığı möhkəmləndirməyə hazırdır.
APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiya və Türkiyə arasında “Dostluq və qardaşlıq haqqında” müqavilənin 100 illiyi ilə bağlı şərhində bildirib.
“Bu müqavilə iki dövlət arasında müasir münasibətlərin özülünü qoyan əsas sənədlərdən biridir. Türkiyə ilə bütün istiqamətlərdə, ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi, energetika, sənaye və infrastruktura sahələrində perspektivli layihələrin reallaşdırılması, humanitar-mədəni mübadilənin və insani təmasların yüksəldilməsinə konstruktiv əməkdaşlığın möhkəmləndirilməsinə hazır olduğumuzu təsdiqləyirik”, - deyə Rusiya XİN rəsmisi vurğulayıb.