Prezident İlham Əliyev: Şuşa kimi mənzərəsi, təbiəti olan bir şəhəri belə günə salmaq vəhşilikdir - VİDEO Siyasət

Prezident İlham Əliyev: Şuşa kimi mənzərəsi, təbiəti olan bir şəhəri belə günə salmaq vəhşilikdir - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 16-da Şuşa şəhərində olublar.

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" səhifəsində Şuşa şəhərinə səfərdən görüntülər paylaşıb.

Səfər zamanı Prezident İlham Əliyev bildirb:

"Şuşa kimi mənzərəsi, təbiəti olan bir şəhəri belə günə salmaq vəhşilikdir. Azərbaycanlıların evlərini dağıdıblar və hesab edirdilər ki, bu işğal əbədi olacaq. Biz işğala son qoyduq. Demişəm ki, Şuşa nəinki Azərbaycanın, dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcəkdir, buna nail olacağıq, yüz faiz".