“Aİ-də bu prosesin nə dərəcədə təhlükəli olduğunu anlaya bilmədilər” Siyasət

“Aİ-də bu prosesin nə dərəcədə təhlükəli olduğunu anlaya bilmədilər”

Novruz Məmmədov: "Terror aktı ilə bağlı proseslər İslam dininə münasibəti beynəlxalq siyasətin gündəliyinin əsas məsələsinə çevirdi"

"Təəssüf ki, "Şarli Ebdo" jurnalına qarşı terror aktı ilə bağlı proseslər İslam dininə münasibəti beynəlxalq siyasətin gündəliyinin əsas məsələsinə çevirdi". Bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov öz "Twitter" səhifəsində yazıb.
N.Məmmədov qeyd edib ki, görünür, bu prosesin nə dərəcədə təhlükəli olduğunu Avropa İttifaqında bəzi dairələr anlaya bilmədilər: "Doğrudanmı?!"