“Suriyadan köçən erməniləri Ermənistanda qəbul etmirlər” Siyasət

“Suriyadan köçən erməniləri Ermənistanda qəbul etmirlər”

Rövşən Rzayev: "Onları yalan vədlərlə Dağlıq Qarabağa köçürürlər"

Fəzail İbrahimli: " Suriya hadisələrindən bu proses başlanıb"

Ermənilər Dağlıq Qarabağda qondarma seçkilərə hazırlaşır. Həmçinin Suriya ermənilərini işğal olunmuş ərazilərdə yerləşdirməyə davam edir.
Millət vəkili Rövşən Rzayev deyib ki, Ermənistan həmişə olduğu kimi yenə də qeyri-konstruktiv mövqe sərgiləyir. O bildirib ki, onlar Dağlıq Qarabağda "parlament seçkiləri"nə hazırlaşır: "Eyni zamanda, oraya Suriyadan gələn erməniləri köçürürlər. Suriyadan köçən ermənilər Ermənistana gəlirlər, bunlar isə həmin erməniləri qəbul etmirlər və onları yalan vədlərlə Dağlıq Qarabağa köçürürlər. Hazırda Zəngilan ərazisində onlara şərait yaradırlar. Belə bir informasiya var və təbii ki, bizi narahat edir. Biz də müxtəlif təşkilatlara öz narazılığımız bildiririk. AŞPA çərçivəsində Miqrasiya Komitəsində bu barədə dəfələrlə məsələlər qaldırılıb ki, Azərbaycanın ərazi bütövlüyü təmin edildikdən sonra yeni bir miqrasiya problemləri yarada bilər".
Millət vəkili təəssüf edir ki, belə bir hal var: "Bununla da, onlar beynəlxalq aləmdə vəsait axtarışındadırlar. Çünki onlara həmin insanların taleyi maraqlı deyil. Əslində isə bu hərəkət müxtəlif vəsait əldə etmək üçün atılan addımlardandır".
Millət vəkili, eyni zamanda, Azərbaycan idmançısı Bəxtiyar Abbasovun mükafatlandırma zamanı erməni himnini dinləməməsi ilə bağlı düşmən mediasında səslənən "fikirlər"ə də münasibət bildirərək deyib ki, idmançımızı başa düşmək olar: "Çünki o özü işğal altında olan torpağın övladıdır. Təbii ki, onun hislərinə hörmətlə yanaşmaq lazımdır. Burda qeyri-adi bir yanaşma olmamalıdır".
Millət vəkili Fəzail İbrahimli deyib ki, bu gün dünyada beynəlxalq təşkilat yoxdur ki, dərdini ona deyə biləsən: "Bu gün gücün normalara, emosiyaların ağıla qalib gəldiyi bir dövrdə yaşayırıq". O bildirib ki, Azərbaycan dövləti bu məsələlərlə bağlı dünyanın bütün mötəbər təşkilatlarında - Avropa Şurasından tutmuş, BMT-yə qədər öz səsini ucaldıb: "Dövlətimiz bu mövzuda fikirlərini deyib, düşüncələrini çatdırıb. Bu məsələ birinci gün deyil, bir neçə il bundan öncə qalxmış məsələdir. Suriya hadisələri başlanandan bu proses başlanıb. Ancaq, Azərbaycan nə edə bilər ki? Yəni, təbliğat işində bu məsələ kifayət qədər gündəmdə olub. Bununla əlaqədar mən başqa variant görmürəm. Azərbaycan hökuməti özündən asılı olan hər şeyi edir".
Millət vəkili qeyd edib ki, Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənovun Küveytdə keçirilən görüşlərdə bir növ bəyanat xarakterli çıxışları elə dövlətin siyasi xəttinin ifadəsidir: "Sadəcə olaraq, beynəlxalq hüquq normaları işləmir. Ona görə də, bu məsələdə yəqin ki, Azərbaycan son sözünü demək məcburiyyətində olacaq".

Əli