ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana gələcək Siyasət

ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Azərbaycana gələcək

ATƏT Parlament Assambleyasının (PA) yeni təyin olunmuş xüsusi nümayəndəsi Kari Henriksen Azərbaycana rəsmi səfər edəcək.

Trend bu barədə ATƏT PA-ya istinadən məlumat verir.

K.Henriksen Gürcüstana ikigünlük səfərindən sonra Ermənistana və Azərbaycana səfər edərək aktual daxili məsələlər və regional problemləri müzakirə edəcək.

Qeyd edək ki, Kari Henriksen 2021-ci ilin avqustunda ATƏT PA-nın Cənubi Qafqazda xüsusi nümayəndəsi təyin olunub.