“Sarkisyan hər dəfə münaqişə ilə bağlı ona ünvanlanan suallarda mövzudan yayınmağa çalışıb” Siyasət

“Sarkisyan hər dəfə münaqişə ilə bağlı ona ünvanlanan suallarda mövzudan yayınmağa çalışıb”

Elşən Musayev: "Çünki Ermənistan işğalçı, qəsbkar dövlətdir"

"Sarkisyan çox gözəl bilir ki, Madrid Prinsiplərinin, eyni zamanda, beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsi ilə bağlı irəli sürdüyü öhdəliklərin icrası Ermənistan üçün hansı nəticələri verə bilər". Bu sözləri politoloq Elşən Musayev deyib.Onun sözlərinə görə, Sarkisyan hər dəfə münaqişə ilə bağlı ona ünvanlanan suallarda mövzudan yayınmağa çalışıb: "Bu, çox normal haldır. Təbii ki, məsələyə onlar tərəfdən baxsaq. Çünki Ermənistan işğalçı, qəsbkar dövlətdir, indiyə qədər beynəlxalq hüququn ana prinsipləri daxil bütün beynəlxalq normaları, konvensiyaları ayaq altına alıb, görməzdən gəlib, öz işğalçı siyasətindən əl çəkməyib. Odur ki, bu gün də Sarkisyan və onun rəhbərlik etdiyi siyasi hakimiyyətindən hər hansı bir pozitiv, düzgün, sülhməramlı addım gözləməyə dəyməz. Sadəcə məsələ burasındadır ki, beynəlxalq təşkilatların özünün prosesə ciddi təsir imkanı, verdiyi qərarların məcburi sanksiya icrası yoxdur. Ona görə BMT-nin verdiyi qətnamələr küləklə havaya sovrulur, Madrid prinsipləri Ermənistan tərəfindən saymazyana qarşılanır və nəticədə Azərbaycan tərəfi üçün hərbi əməliyyatlarla torpaqları geri almaqdan savayı çarə qalmır".

Əli