FHN-in İdman-sağlamlıq klubunda ilin yekunlarına həsr olunmuş tədbir keçirilib
Ukrayna dronları Krım aerodromunda yüz milyon dollarlıq hərbi texnikanı sıradan çıxarıb
Bakıda narkotik satmaqda təqsirləndirilən ata və iki övladına hökm oxunub
Hakan Fidan Suriya Demokratik Qüvvələrinə xəbərdarlıq edib: səbrimiz tükənir
Sülh gündəliyi və Avropa İttifaqının siyasəti: Azərbaycana qarşı ikili standartlar - RƏY
4 Oktyabr 2021 11:43
1 456
“Gürcüstan üçün regional əməkdaşlığı dəstəkləmək və buna vasitəçilik etmək vacibdir”.
BunuAPA-nın yerli bürosuna Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsalia deyib.O bildirib ki, bu, klassik vasitəçilik səyləri deyil.
“Çünki biz hər hansı yeni ideyalar təklif etmirik”, - Gürcüstan XİN rəhbərinin birinci müavini Gürcüstan hökumətinin Azərbaycan və Ermənistan arasında vasitəçilik roluna dair suala cavabında deyib.
Onun sözlərinə görə, vasitəçilik deyərkən nəzərdə tutulan bütün regionun gələcəyi üçün birgə baxışın inkişaf etdirilməsi məqsədi ilə baza və platformanın yaradılmasıdır ki, bu da çox vacibdir: “Eyni zamanda bu, o deməkdir ki, biz danışıqlar üçün mövcud platformalara paralel nəsə təklif etmirik. Əgər əməkdaşlığa ehtiyac varsa, əgər ölkələr təkcə ikitərəfli deyil, çoxtərəfli əməkdaşlığa ehtiyac duyursa, biz buradayıq və elan etdiyimiz platforma çərçivəsində bu fürsəti təklif edirik”.
L. Darsalia Gürcüstanın “altılıq platforması”na yanaşmasında hər hansı bir dəyişiklik olub-olmamasına da münasibət bildirib. Nazir müavini qeyd edib ki, Gürcüstanın bu məsələdə mövqeyi çox sadədir və onun ölkəsi əməkdaşlığa müsbət yanaşır. Lakin o xatırladıb ki, Rusiya və Gürcüstan arasındakı münaqişə həllini tapmayıb, Rusiyanın bu məsələləri həll etmək istəyinə dair aydın siqnallar yoxdur, elə buna görə də onlar Rusiyanın olduğu bir platformada iştiraklarını mümkün hesab etmirlər.