“Qarabağın daha qısa müddətdə bərpasına olan xüsusi diqqət göstərilir” Layihə

“Qarabağın daha qısa müddətdə bərpasına olan xüsusi diqqət göstərilir”

Qarabağda böyük quruculuq işləri aparılır. Azərbaycanın “İşğaldan Azad Edilmiş Ərazilərinə Böyük Qayidişa Dair” Dövlət Proqramının təsdiq edilməsi Böyük Qayıdış prosesini sürətləndirmək məqsədi daşıyır. Amma bununla yanaşı erməni separatizmi təxribatlarda maraqlıdır. Hər vəchlə sülhə və Böyük Qayıdışa mane olmaq cəhdləri müşahidə edirik.

Məsələn sona Qondarma "DQR" Təhlükəsizlik Şurasının katibi Vitali Balasanyanin bəyanatına diqqət edək: “Artsax Respublikası”nın silahlı qüvvələri buraxılmayacaq. Əksinə, ordunun müasir şəraitə uyğunlaşdırılması üçün struktur dəyişiklikləri edilib. “Artsax Respublikası”nın heç bir dövlət orqanı buraxılması ilə bağlı təkliflər səsləndirməyib. “Artsax Respublikası”nın hərbi-siyasi hakimiyyətinin vahid nöqteyi-nəzəri ondan ibarətdir ki, “Artsax”ın silahlı qüvvələri nəyin bahasına olursa olsun qorunub saxlanılsın, müasir insan və texniki vasitələrlə təmin olunsun və silahlı qüvvələrin döyüş tapşırıqlarını yerinə yetirməsi təmin edilsin”.

Onu da əlavə edək ki, Ermənistan İrəvanda Kolletiv Təhlükəsizlk Müqaviləsi Təşikatının (KTMT) smmiti keçirilib. Sammitə Rusiya prezidenti Putin də qatılıb.

Bundan əlavə Rusiya Prezidenti Vladimir Putin 5 gün ərzində iki dəfə Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Bu məsələlərlə bağlı ekspertlər fikirləırini bölüşüblər.

Millət vəkili Vüqar Bayramov bildirib ki, “Azərbaycan Respublikasinin İşğaldan Azad Edilmiş Ərazilərinə Böyük Qayidişa Dair” Dövlət Proqramının təsdiq edilməsi Böyük Qayıdışı daha da tezləşdirəcək. Onun sözlərinə görə, proqramın əsas özəlliklərindən biri məhz fəaliyyətlər üzrə ünvanlılıq və sistemliliyin qorunmasıdır: “Belə ki, proqramda hər bir fəaliyyət üzrə müddət, məsul qurumlar və reallaşacaq əsas istiqamətlər nəzərə alınıb. İnfrastruktur, iqtisadiyyatın yenidən qurulması, sosial inkişaf və ətraf mühitin tarazlığı kimi hədəflərin reallaşması üçün proqram 2022-2025-ci illər üzrə fəaliyyətləri və 2026-cı ildə yekun nəticələri özündə ehtiva edir.

Azərbaycan Böyük Qayıdışı öz daxili maliyyə mənbələri hesabına reallaşdırır. 2023-cü il üçün dövlət büdcə layihəsinə əsasən, gələn il Böyük Qayıdış layihəsi çərçivəsində işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası ilə bağlı xərclər 3 milyard manat nəzərdə tutulub.

Qeyd edək ki, büdcədən 2021-ci ildə bərpa prosesinə 2.2 milyard, 2022-ci ildə 2 milyard 670 milyon manat nəzərdə tutulmuşdu. Bu isə o deməkdir ki, 3 il ərzində (2021-2023-cü illər) Qarabağ və Şərqi Zəngəzurunun bərpa bə yenidənqurmasına yalnız dövlət büdcəsindən 7 milyard 870 milyon manat vəsait ayrılır. Bu məhz Qarabağın daha qısa müddətdə bərpasına olan xüsusi diqqətdir.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad olunan ərazilərimizə mütəmadi səfərləri də quruculuq işlərinin intensiv həyata keçirilməsinə xüsusi zəmin yaradır. Bu işğaldan azad olunan ərazilərimizin daha qısa zamanda bərpasının Azərbaycan üçün prioritetliyini bir daha təsdiq edir.

Proqrama əsasən, Qarabağ və Şərqi Zəngəzura 2026-ci ilədək 34 500 ailə köçürüləcək. Bu növbəti 4 ildə 160 minə yaxın vətəndaşımızın öz ata-baba yurdlarına qayıtması deməkdir”.

Bakıya qarşı cəbhə yaratmaq cəhdi

Siyasi şərhçi Asif Nərimanlı isə KTMT-nin toplantısına diqqətə çəkərək bildirib ki, Ermənistan İrəvanda keçirilən, Putinin də iştirak etdiyi KTMT-nin sammitində Azərbaycana qarşı cəbhə yaratmağı planlaşdırır: “- KTMT-nin böhranlı vəziyyətlərə reaksiya mexanizminin təkmilləşdirilməsi;

- Sərhəddəki sentyabr hadisələri üzərindən təşkilatın Azərbaycana qarşı mövqe sərgiləməsi;

İclasdan öncə İrəvanda Putinin səfərinə etiraz olaraq keçirilən aksiya da Paşinyanın Rusiya prezidentinə “erməni xalqı sizdən cavab gözləyir” mesajını vermək, bununla sammitdə istəyinə nail olmaq gedişidir.

Hərçənd, KTMT-nin Bakıya qarşı İrəvanın istədiyi mövqeyi sərgiləcəyi gözləntisi azdır, bu, təkcə təşkilat üzvlərinin Azərbaycanla münasibətlərindən yox, həm də Rusiyanın prosesdə tərəf olmaq istəməməsindən irəli gəlir.

Mümkün gözlənti KTMT-nin sərhədə “müşahidə missiyası” göndərməsi haqda məsələnin müzakirəsidir: Moskva ötən ay bunu dəstəklədiklərini, təşkilatın qərar verməsindən sonra gerçəkləşə biləcəyini açıqlamışdı;

Birincisi, Avropa İttifaqının monitorinq missiyasının bölgəyə gəlişinə qarşı gediş etmək və sərhəd məsələsində dəyişən balansı bərpa etmək;

İkincisi, Bakıya qarşı cəbhə almadan Ermənistanı razı salmaq;

Putinin dünən Əliyevə zəngində də bu məsələnin müzakirə edildiyi ehtimalı var. Missiyanın göndərilməsi qərarı verilərsə, qüvvələr Azərbaycan yox, Ermənistan ərazisində yerləşə, müşahidəni oradan apara bilər, Avropa İttifaqının monitorinq qrupu kimi.

Lakin KTMT-nin müşahidə missiyasının Ermənistana gəlməsi Qərb missiyalarını bölgəyə gətirən Paşinyanın planına tam cavab vermir: İrəvan bu prosesdən Bakıya qarşı cəbhəni yaratmaqla yanaşı, mənfi cavabdan istifadə edərək, Qərblə yaxınlaşmaq qapısını daha da aralamaq üçün istifadə edir;

Ermənistan KTMT-nin müşahidə missiyası qarşılığında təşkilatın Azərbaycana qarşı mövqe sərgiləməsi şərtini irəli sürə bilər ki, bu da Moskvanın mövqeyi ilə üs-üstə düşmür. Bu baxımdan, sammitdən nəticə əldə olunacağı sual altındadır”.

Azərbaycan tərəfi öz şərtlərindən əl çəkməyib

Siyasi şərhçi Aqşin Kərimov isə deyib ki, Rusiya Prezidenti Vladimir Putin 5 gün ərzində iki dəfə Azərbaycan lideri İlham Əliyevə zəng edib. Putin telefon diplomatiyası ilə Bakı-Ankara birgə maraqlarında yeni səhifə açılmasına və ortada olan mübahisələrin sonlandırılmasına çalışır: “Hərçənd ki, Putin məsələləri Moskva mərkəzli anlayışla yoluna qoymaq istəyir, ancaq Azərbaycan tərəfi də öz şərtlərindən əl çəkməyib.

Tərəflər buna görə də elə ortaq məxrəc tapmaq istəyir ki, o, həm Azərbaycanın tələblərinin yerinə yetirilməsi üçün Moskva tərəfindən stimul yaratsın, həm də Rusiya öz maraqlarının məzmununu dəyişsin.

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin qəbul etdikləri üçtərəfli bəyanatların implementasiyası Bakının gündəliyində duran ən vacib məsələdir və bu işdə Moskvanın da məsuliyyətləri xatırladılır. Lakin Bakının addımları və Moskvanın ermənilər vasitəsilə təxribar yaradan manevrləri ara-sıra Azərbaycanla Rusiya arasında gərginliyin ortaya çıxmasına səbəb olur.

Rusiya ən çox iki məsələdə - Qarabağda yaşayan ermənilərdən istifadə edərək sülhməramlı kontingentin regiondakı ömrünün uzadılmasına və Qarabağda rus icması yaratmaqda israrlıdır.

Lakin Kremldən verilən bu siqnal Azərbaycan üçün suverenlik təhdidi xəttinə yaxınlaşan baryerdir və Bakı Moskvanın iradəsinə qarşı ciddi dirəniş göstərməkdədir.

Rusiya Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyini və özünün Ankara ilə isti münasibətlərini nəzərə alaraq Bakı ilə gərginliyə getmək planını ehtiyata ataraq birgə prioritetlər yaratmaq barədə barədə düşünür.

Əliyevlə Putinin telefon danışıqlarında energetika sahəsindəki əməkdaşlığın perspektivlərini müzakirə etməsi ortaq nöqtəyə dair ipuclarıdır”.

Yeni qaz sazişi

Onun sözlərinə görə, bu yaxınlarda Azərbaycanla Rusiya arasında yeni qaz sazişi imzalanıb və müqaviləyə əsasən Rusiya Azərbaycana bu ilin noyabrın 15-dən etibarən qaz ixrac etməyə başlayıb: “Nəzərdə tutulur ki:

- Təchizat 2023-cü ilin mart ayına qədər davam etsin,

- Həmin müddətə qədər tədarük həcmi bir milyard kubmetrə qədər olsun.

Rusiya bununla Ukrayna müharibəsində dağılmış iqtisadi mənzərəsini düzəltməyə çalışır, lakin müqavilənin bütün detalları bəlli olmadığından demək mümkündür ki, Kreml həm də uzunmüddətli perspektivi hesablayır. Məsələn, bu, Rusiya qazının Azərbaycan üzərindən Avropaya nəqlinə nail olmaq şansıdır, hərçənd ki, Qərb bunun qarşısının alınması üçün nə lazımdırsa, onu da edəcək.

Çünki Avropa İttifaqında narahatlıq var və bu onunla əlaqəlidir ki, Azərbaycanın idxalın bir hissəsini Moskvanın köməyi ilə asanlaşdırması faktı Brüsselin Cənub Qaz Dəhlizi vasitəsilə diversifikasiya üzrə səylərini boşa çıxara bilər.

Azərbaycana gəlincə, o, Brüssel qarşısında götürdüyü ixrac öhdəliyinin yarada biləcəyi boşluğu doldurmaq üçün Rusiya qazından daxili bazarını təmin etmək niyyətindədir.

Amma Bakı energetika sahəsində əməkdaşlıq üfüqlərində Avropa İttifaqının səylərinə daha çox önəm verir, çünki Bakı öz qazının Avropaya çatdırılmasından əldə edəcəyi qazancın həcminin perspektivini anlayır”.

Ermənistanı əzilməsinə şərait yaradan tətbiq

Ekpertin fikrincə, müqavilə Azərbaycanla Rusiyanın maraqlarını Ermənistanı əzməsinə şərait yaradan tətbiqdir: “Belə ki, Moskva İrəvanın göz yaşlarına məhəl qoymayacaq və Bakının üçtərəfli bəyanatların icrasını güc yolu ilə reallaşdırmasına əlavə imkanlar yaradacaq.

Putin İrəvanın xahişlərinin yerinə yetirilməsindən boyun qaçıracaq.

Bunun üçün bir neçə səbəb:

1. Birinci, KTMT-nin Azərbaycan-Ermənistan sərhədinə birgə kontingent yerləşdirmək üçün qərarı konsensusa əsaslanmalıdır. KTMT daxilində isə ən azından Belarus və Qazaxıstanın Azərbaycana dəstəyi sayəsində belə yekdillik olması gözlənilmir.

2. Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya və Qərb arasında oynayaraq Moskvanın iradəsinə zidd hərəkətlər etməsi, sərhədə ATƏT və Avropa İttifaqı missiyalarını dəvət etməsi Kremli qəzəbləndirir. Çünki İrəvanın dəst-xəttini Rusiya özünə qarşı çevrilən qarşı inamsızlıq mühiti kimi qiymətləndirir. Bu baxımdan Rusiya özü də Ermənistanın cəzalandırılmasında son dərəcədə maraqlıdır.

3. Ermənistan KTMT-nin sarsıdılmasına yönələn cəhdlərin müəllifidir və iddialar var ki, İrəvan təşkilatın hərbi sirr sayıla biləcək materialların Qərbə ötürülməsinə çalışır. Bu da Rusiyanı əsəbiləşdirən faktorlar siyahısında özünə yer edib.

4. Putinin İrəvana gəlişi ərəfəsində Ermənistanda anti-Rusiya ovqatında mitinqlər keçirilib və sözsüz ki, Rusiya lideri bu amili də nəzərə alacaq.

5. Ermənistan Gümrüdəki 102-ci hərbi bazanın çıxarılmasına nail olmaq istəyir, lakin Rusiya bunu, Cənubi Qafqazdakı hərbi mövcudiyyətini sual altına ala bilən işartı kimi görür.

Putinlə Prezident İlham Əliyevin noyabrın 22-də telefon danışığı zamanı üçtərəfli razılaşmaların, praktiki olaraq icrası məsələləri nəzərdən keçirilməsini həmin enerji sahəsindəki əməkdaşlıq və indi sadaladığımız 5 bənd fonunda diqqətdə saxlamaq lazımdır.

Nəzərə alaq ki, son günlər Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə erməni silahlıları Azərbaycan ordusuna qarşı təxribatlarının miqyasını genişləndirib.

Sərhəddə də Ermənistan provakasiyalara ara vermir ki, bu da Azərbaycanın həm antiterror, həm də sərhəddə genişmiqyaslı hərbi əməliyyatları üçün “yol xəritəsidir”.

Əli