“Parfiya mədəniyyəti Ellin,Turan, İran mədəni ənənələrinin sintezindən ibarət idi” Layihə

“Parfiya mədəniyyəti Ellin,Turan, İran mədəni ənənələrinin sintezindən ibarət idi”

Yasəmən Qaraqoyunlu:" "Vassal asılılıgı əsasında federativ dövlət quruluşuna malik Parfiya mperatorlugunda dini plüralizm hökm sürüb"

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) elmi işçisi Yasəmən Qaraqoyunlu həmçinin əlavə edib ki, Zevs və Budda imicləri bir-birləri ilə üzləşib və qaynaşıb, İsgəndəriyyə bütün yerli mədəniyyət ünsürlərinin mədəni təsirlənmə və alış-veriş sahəsinə çevrilib, Yunan rasionalizmi və politeizmi Harran və Hind mistiisizmi ilə tanış olub, köklü Misir və İran ənənələri ilk dəfə ortaq bir siyasi hakimiyyət altına giriblər. O əlavə edib ki, J. Pirennenin də vurğuladığı kimi "mədəniyyət bütün insanların ortaq dəyəri halına gəlib": "Dini ənənələr də bu böyök ölçülü sinkretik hərəkətliliyin təsiri altına girib. Bu hərəkətliliyin zirvəsi İsgəndəriyyə şəhərində ortaya cıxıb: Bu beynəlxalq şəhər bütün dini inanışlara açıq hala gəlib. Osiris, Adonis, Attis, Dumuzi kimi təbiəti əks etdirən- tanrı imicləri, Ammon-Ra, Şamaş, Zevs kimi guneşi əks etdirən tanrılarla bu şəhərdə görüşüb və kütlələr dəyişik inanc bicimleri ilə həqiqi təmasa keçiblər və bir çoxuna da bərabər bir yanaşma nümayiş etdiriblər."(18, s 275). Şərq və ellin (yunan) mədəniyyətlərinin yaxınlaşması və qarşılıqlı təsiri prosesi Midiya Atropatenasını da mədəni baxımdan zənginləşdirdi. Atropatena II əsrin ortalarında Parfiya dövlətinin tərkibinə daxil oldu. Saka türklərinin qurduğu Parfiya imperatorluğunun Ön Asiya-Azərbaycan və Mərkəzi Asiya da daxil olmaqla bütün yaxın və Orta Şərq bölgələrini əhatə edən mədəni təsir dairəsi bu imperatorluğun 500 ilə qədər rəqabətdə olduğu Roma imperatorluğunun mədəni-siyasi təsir dairəsinin Azərbaycanda yaylmasının qarşısını alıb. Parfiya mədəniyyəti Ellin,Turan,İran mədəni ənənələrinin sintezindən ibarət idi. Vassal asılılıgı əsasında federativ dövlət quruluşuna malik Parfiya mperatorlugunda dini plüralizm hökm sürüb. İskit kökənli parflar Göy Tanrıya, Şamanizmə inanıblar. Bununla bərabər mitraizm, Zərdüştlük, Xristianlıq da dini inanc kimi əhali arasında yayılmışdı. Parfiya İskit kökənli tayfalarla Fars kökənli tayfaların bir dövlətdə birləşməsinin simvolu idi. Zerdüşt dini içində Zərvanizm, Məzdəkizm kimi sosyal-dini-mistik cərəyanlar formalaşmışdı. Türk-Ellin və İran mədəni ənənələrini təmsil edən Qafqaz Albaniyası və onun mədəniyyəti arxeoloji ədəbiyyatda iki mədəniyyətlə səciyyəvidir: Yoloylutəpə və küp qəbirləri mədəniyyəti. Həmin mədəniyyət e.ə.IV əsrdən b.e.III əsrinədək olan çoxəsrlik dövrü əhatə edir. Albaniyanın paytaxtı olmuş Qəbələdə (Qəbələdə şəhər həyatı e.ə. IV əsrdən başlamış, XIX əsrin 30-cu illərdə dayanmışdı) aşkar olunmuş müxtəlif maddi-mədəniyyət nümunələrinin,müxtəlif istehsal alətləri, qəbristanlıqlar, məişət avadanlığı, yaşayış binaları və xristian abidələrinin, Roma sikkələrinin varlığı Albaniyanın özünəməxsus mədəniyyətindən xəbər vərir. Albaniyanın mədəniyyət nümunələrində zərdüştlük, bütpərəstlik və xristianlıq inamlarının aşkar izləri var. Sasani İranında, Bizansda, Romada, Finikayada, Suriyada, Hindistanda, Qara dəniz sahilinin yunan dövlətlərində istehsal olunmuş bəzək əşyalarının və sikkələrin Albaniya ərazisində aşkar olması sübut edir ki, Albaniya qapalı ictimai-iqtisadi qurum, siyasi-mədəni sistem deyildi. O, öz dövrünün beynəlxalq mədəni-tarixi qarşılıqlı təsir prosesində mühüm yerə və mövqeyə malik olmuşdur.Albaniya ərazisi Şərq-Qərb mədəniyyətlərinin dialoq mərkəzi olmuşdur. Albaniyanın Qərb dövlətləri ilə zəngin əlaqələrinin mövcudluğuna IV əsrin əvvəllərində Xristian dininin qəbulu təkan vərmişdir. Albaniyada xristianlıgı İsanın həvarisi (apostol) Yelisey yayıb. Xristian məbədlərindən birində üzərində alban əlifbasının 62 hərfi olan dörd küpə şəkilli daş aşkar edilib".
Onun sözlərinə görə, Albaniyanın şərq ölkələri ilə mədəni əməkdaşlıq və birliyi isə bütpərəstlik və zərdüştlük əsasında yaranı: "Azərbaycan ərazisi b.e. VII əsirnə qədər Sasani imperatorluğunun tərkibində qalıb və bu dövrdə Manixeizm dini-fəlsəfi dünyagörüşü sosial-iqtisadi təlimi Azərbaycan mədəniyyətinin farslaşmağının qarşısını alabiləcək ideoloji təməl ünsür olub Azərbaycan türk fəlsəfəsini və dünyagörüşünün formalaşmasında mühüm rol oynayıb. E.ə. VII əsrdən b.e. VII əsrinə qədər Azərbaycan ərazisi İran-Turan mədəniyyətlərinin qarşıdurması, savaşı sintezi prosesinin mərkəzi olub. Türk Saka, Parfiya, Midiya, fars Sasanilər, Əhəməni imperiyası dövründə İran-Turan mədəniyyətlərinin qarşıdurması arealı və rəqabətləri meydanı olması İslamdan öncəki Azərbaycan mədəniyyətinin xarakterik cizgilərində öz əksini tapıb.
Azərbaycan İslam sivilizasiyasına və "müsəlman mədəniyyəti" sisteminə daxil olan ölkə kimi təşəkkül tapdıqdan sonra orta əsrlərdə islam dininin ictimai həyatın bütün sahələrindəki aparıcı rolu Azərbaycan mədəniyyətində öz təsirini göstərib.
Yaxın Şərq, İslam dininin ilk dəfə ortaya çıxdığı və ilk İslam imperiyasının qurulduğu torpaqların qəlbi olub. Bu imperiya içində Hind Okeanından Aralıq dənizinə qədər olan ölkələr arasında əlaqələr şəbəkəsini əhatə edən fərqli bir toplum ortaya çıxıb. İslam dini və yüksək mədəniyyət dili olaraq ərəbcə qəbul edilərək həmin dövrün fikir və sənətinə, mədəniyyətinə yeni biçim və yeni inkişaf qazandıran bir sivilizasiya yaradılıb. Ərəb yarmadasında yaranıb daha sonra çox uzaq ölkələrə qədər yayılmış olan bu yeni islam topluluğu Əməvilər dövründə (661-750) və Əməvilərin yıxılması ilə ortaya çıxmış Abbasilər dövründə də genişlənməyə davam edərək yeni bir sivilizasiyanın-İslam sivilizasiyasının doğulmasına səbəb olub. Abbasilər dövründə islam xilafətinin idarəsini ələ alan türklərin islam dininin dünyaya yayılmasında çox böyük rolu olub. Türklərin gerçəkləşdirdiyi fəthlər sayəsində 400 il sürəcək olan yeni dönəmdə (1300-1700)- islam xilafətinin ikinci genişlənməsi prosesi baş verib. Macarıstandan İndoneziyaya qədər uzanan imperiya türk sərhədləri türk hakimiyyəti- İslam dini sintezindən doğan mədəniyyəti öz içinə alırdı. Bu dövrdə müsəlman dünyasını 4 böyük türk dövlətləri idarə etməkdə idi: Misir Məmlükləri, Osmanlı, Səfəvilər və Moğol Hindistanı İslam sərhədlərinin və təsir dairəsinin birinci genişlənmə dövrü ərəblərin öndərliyi ilə gerçəkləşdiyi halda, ikinci genişlənmə dövrü 4 dövlətin rəhbərliyi ilə türklərin öndərliyində gerçəkləşib. Bu geniş coğrafiyada hərbi və siyasi güc türklərin əlində olmaqla bərabər, mədəni sahədə internasional islam topluluğundan ibarət kosmopolit bir quruluş və təşkilatlanma, islam ümməti, islam qardaşlığı ideyası mövcud olduğu üçün türk dili ilə yanaşı ərəb və fars dilləri də işlədilirdi. Farsca yazılmış ilk şeirin bir Buxaralı türk olan Rudəkinin qələmindən çıxmış olması örnəyi bu kosmopolit quruluşunun mahiyyətindən doğmaqdadır. Bu siyahıya türk-Azərbaycan əsilli olub əsərlərini ərəbcə farsca yazmış yüzlərcə şair, filosof, mədəniyyət və incəsənət xadimlərinin, elm adamlarının adını əlavə etmək olar. Bu dövrdə İslam kosmopolitizmi orta əsrlər Azərbaycan mədəniyyətinin spesifik xarakterinin, xüsusiyyətlərinin yaranmasında və ümumitürk, ümumislan mədəniyyəti içində özünəməxsus status və cizgilərin formalaşmasında rol oynayan faktor kimi Azərbaycan mədəniyyətinin inkişaf istiqamətlərinin ideya qaynağı olmuşdur.İslam şərq xalqlarını bir vahid kimi birləşdirib mədəni-tarixi hadisə idi".
O, əlavə edib ki, İslam hüququ xilafətə daxil olan bütün xalqlar üçün həyat və fəaliyyət normasına çevrilmişdi: "Bu dövrdə Bütün ölkələr üçün vahid olan müsəlman maarif sistemi qərarlaşmışdı. Xilafət tərkibində olan xalqların qarşılıqlı mədəni təsir prosesi həmin tarixi dövrün səciyyəvi cəhəti olub. İncəsəntdə regionun bütün xalqları üçün ümumi olan cəhətlər təşəkkül tapıb. İslam mədəniyyət tarixinin önəmli mərkəzləri olan IX və x əsrlər Bağdadı, XII və XIII əsrlər Qahirə və Qrenadası, XVI və XVIı əsrlər İstanbul və Dehlisi də fərqli mədəniyyət və dünyagörüşlərinin, təşkilatlarının və həyat biçimlərinin birlikdə, yenidən, yeni keyfiyyətli sosial-siyasi, sosio-mədəni təşkilatlanma və quruluşlanma sahələri (Lebensraum) olublar".
Əli