Dövlət-din münasibətlərinin hüquqi tənzimlənməsi Layihə
(əvvəli ötən sayımızda, V yazı)
"Dini etiqad azadlığı haqqında" qanun cəmiyyətdə sosial ədaləti, bərabərliyi, vətəndaşların dinə münasibətindən asılı olmayaraq onların hüquqlarının və qanuni mənafelərinin müdafiəsini təmin edir, dini qurumlarla münasibətdə dövlətin vəzifələrini müəyyənləşdirir, adamların dünyagörüşündən və dini əqidəsindən asılı olmayaraq milli əxlaqın və humanizmin təzahürü, vətəndaşların əmin-amanlığı və əməkdaşlığı üçün əlverişli şəraiti himayə edir, dini qurumların fəaliyyəti ilə əlaqədar münasibətləri nizama salır. Qanunun növbəti (4-cü maddə) maddəsində göstərilir ki, ölkə vətəndaşlarının dinə münasibətlərindən asılı olmayaraq siyasi, iqtisadi, sosial və mədəni həyatın bütün sahələrində bütün vətəndaşlar qanun qarşısında bərabərdirlər. Dövlət və dini qurumların hüquqi münasibətlərindən bəhs edən qanunun 5-ci maddəsində aydın şəkildə göstərilir ki, Azərbaycan Respublikasında din və dini qurumlar dövlətdən ayrıdır. Bunu nəzərə alaraq "dövlət ona aid olan hər hansı işin yerinə yetirilməsini dini qurumlara tapşırmır və onların fəaliyyətinə qarışmır." Lakin buna baxmayaraq dini qurumlar Azərbaycan Respublikasının mövcud qanunlarına əməl edir və məsuliyyət daşıyırlar.
Qanuna görə, dini qurumlar siyasi partiyaların fəaliyyətində iştirak etmir və onlara maliyyə yardımı göstərmir. Digər tərəfdən din xadimləri dövlət orqanlarının tərkibinə seçildikdə və ya vəzifəyə keçdikdə onların din xadimi kimi fəaliyyəti həmin müddətdə dayandırılır. Qanunda göstərilir ki, bütün dinlər və dini qurumlar qanun qarşısında bərabərdir. Bir din və dini qurum üçün digərinə nisbətən hər hansı üstünlük və ya məhdudlaşdırmalar müəyyən edilməsinə yol verilmir. Mövcud qanunda irəli sürülən hüquqi müddəalar bir daha Azərbaycan Respublikasının sivil, dünyəvi, demokratik, milli və dini cəhətdən tolerant bir ölkə olduğunu göstərir. Dinin təhsil qurumları ilə hüquqi münasibətlərinə gəldikdə, qeyd etmək lazımdır ki, qanunvericilikdə bu məsələlər də öz hüquqi ifadəsini tapmışdır. Burada (maddə 6) dövlət təhsil sisteminin dindən ayrı olduğu göstərilir, eyni zamanda dinşünaslıq, dini-idraki, dini-fəlsəfi fənlər, müqəddəs dini kitabların əsasları ilə tanışlıq dövlət təhsil müəssisələrinin tədris proqramına daxil edilə bilər, həmçinin vətəndaşlar istədikləri dildə fərdi qaydada və ya başqaları ilə birlikdə ilahiyyatı öyrənə və dini təhsil ala bilərlər. Dini etiqad azadlığı haqqında mövcud qanunvericiliyin II fəsli dini qurumlar, dini icmalar, dini mərkəzlər və idarələr, dini tədris müəssisələrinin hüquqi təsnifatının şərh edilməsi və dini qurumların əsas funksiyalarının izah edilməsini əhatə edir.
Qeyd etmək lazımdır ki, rəsmi şəkildə Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş müxtəlif dini qurumlar, dini icmalar, dini birliklər, dini tədris müəssisələri və s. bu qanunla və özlərinin təsdiq edilmiş nizamnamələrinə (əsasnamələrinə) müvafiq olaraq fəaliyyət göstərirlər. Hər bir dini qurumun nizamnaməsi (əsasnaməsi) dindar şəxslərin ümumi yığıncağında və ya dini qurultay və konfranslarda qəbul olunur. Hüquqi prinsiplərə görə, yaradılması nəzərdə tutulan dini qurumların nizamnaməsində (əsasnaməsində) aşağıdakıların göstərilməsi tələb olunur: dini qurumun növü, dini məsuliyyəti və yeri; dini qurumun əsas fəaliyyət istiqamətləri; dini qurumun əmlak vəziyyəti; yaradılmış yeni dini qurumun müəssisələr, kütləvi informasiya vasitələri, digər dini qurumlar, tədris müəssisələri təsis etmək hüquqları (maddə 11).
Qanunvericiliyin "Dini qurumların dövlət qeydiyyatına alınması" adlanan maddəsində (maddə 12) dini icma və s. dini ictimai birliklərin dövlət qeydiyyatına alınması şərh edilib. Burada göstərilir ki, dini birliklərin dövlət qeydiyyatına alınması üçün dini işlər üzrə müvafiq icra hakimiyyəti orqanına (yəni – Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə) təsis sənədi və nizamnamə (əsasnamə) təqdim edilir. Bundan sonra dini işlər üzrə müvafiq icra hakimiyyəti orqanı 15 gün ərzində həmin sənədləri öz rəyi ilə birlikdə hüquqi şəxslərin dövlət qeydiyyatı orqanına göndərir. Ümumiyyətlə, dini qurumların dövlət qeydiyyatına alınması, yaxud dövlət qeydiyyatından imtina edilməsi, eyni zamanda mübahisəli məsələlərin həlli və məhkəməyə müraciət etmək hüququ Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun həyata keçirilir. Qanunun III fəslinə əsasən, dini qurumların əmlak vəziyyəti ilə bağlı hüquqi məsələlər təsbit olunub. Bu fəsildə dövlətin, ictimai təşkilatların və ya vətəndaşların mülkiyyəti olan əmlakdan istifadə (maddə 16), tarix və mədəniyyət abidələri olan əmlakın istifadəyə verilməsi (maddə 17), dini qurumların istehsal və təsərrüfat fəaliyyəti (maddə 19), fəaliyyətinə xitam verilmiş dini qurumların əmlakı barəsində hüquqi vəziyyət və s. məsələlər öz hüquqi şərhini tapıb. Mövcud qanunun 4-cü fəslində dini etiqad azadlığı ilə əlaqədar vətəndaşların və dini qurumların hüquqları, dini ayinlərin və mərasimlərin keçirilməsinin hüquqi tərəfləri (maddə 21), dini ədəbiyyat və dini təyinatlı əşyaların istifadəsi, istehsalı, idxalı və yayılmasının hüquqi əsasları (maddə 22), dini qurumların xeyriyyə və mədəni-maarif fəaliyyəti (maddə 23), dindarların və dini qurumların beynəlxalq əlaqələri (maddə 24) və s. məsələlər təsbit olunub.
Qanunun 4-cü fəslində sovet rejimindən yenicə qurtulmuş və öz müstəqilliyini elan etmiş Azərbaycan Respublikasının dindar vətəndaşları üçün dini etiqad azadlığı ilə bağlı bir çox əməli məsələlər öz hüquqi ifadəsini tapıb. Məsələn, sovet dövründə dini ibadət və ayinləri qeyri-leqal şəkildə həyata keçirən bəzi hərbi qulluqçular, dövlət məmurları və s. sosial qruplar mövcud qanunun qəbul edilməsindən sonra bu sahədə müəyyən hüquqi azadlıqlar əldə etdilər. Bununla bağlı qanunun 21-ci maddəsində hərbçilərin ibadət etmələri ilə əlaqədar göstərilirdi ki: "Qoşun hissələrinin komandanlığı (müstəsna hallardan başqa) hərbi qulluqçuların boş vaxtlarında ibadət etmələrinə və dini ayinləri yerinə yetirmələrinə mane ola bilməz. Əsgəri bölmələrdə hərbi rəhbərliyin razılığı ilə ruhanilərin fəaliyyətinə yol verilir."(47,s.578) Ordudan başqa digər dövlət idarələrində də leqal şəkildə dini ibadətin həyata keçirilməsinə icazə verilməsi bu qanunda təsbit olunub.
Belə ki, qanunda göstərilib ki: "Xəstəxanalarda, hospitallarda, qocalar və əlillər evlərində, yataqxanalarda, ibtidai həbs yerlərində ibadətlər və dini ayinlər orada olan şəxslərin xahişi ilə keçirilir. Həmin idarələrin müdiriyyəti ruhanilərin dəvət olunmasına yardım göstərir, ibadətin, ayinin və ya mərasimin keçirilməsi vaxtının və başqa şərtlərin müəyyənləşdirilməsində iştirak edir. Digər hallarda açıq ibadətlər, dini ayinlər və mərasimlər, yığıncaq, mitinq, nümayiş və yürüşlərin keçirilməsi üçün müəyyən edilmiş qaydada icra olunur" (48,s.578).
Yuxarıda göstərildiyi kimi, qanunda mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri də dini ədəbiyyat və dini təyinatlı əşyaların istifadəsi, istehsalı, idxalı və yayılması məsələsidir. Bu məsələ ilə bağlı qanunun 22-ci maddəsində qeyd olunub ki: "Dini qurumlar dini işlər üzrə müvafiq 53 icra hakimiyyəti orqanının razılığı ilə dini təyinatlı ədəbiyyatı, əşyaları və dini məzmunlu başqa məlumat materiallarını istehsal, idxal edə və sərbəst yaya bilər"(49,s.578). Qanunun 5-ci fəslində dini icma və dini qurumlarda əmək fəaliyyətinin hüquqi və sosial aspektləri əhatə olunub. Hər şeydən əvvəl qanunun bu fəslində dini qurumlarda əmək-hüquq münasibətləri (maddə 25), dini qurumlarda işləyən vətəndaşların əmək hüququ, onların sosial təminatı və sosial sığortası (maddə 26, 27) təsbit olunub. Mövcud qanunun 6-cı fəslində isə dövlət orqanları ilə dini qurumlar arasında sosial-hüquqi münasibətlər təsbit olunub.
Bu bölmədə dini işlər üzrə müvafiq icra hakimiyyəti orqanının (qeyd edək ki, mövcud qanun qəbul ediləndə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yaradılmamışdı və bu qurumu digər müvafiq icra orqanları əvəz edirdi) əsas funksiyası, fəaliyyət istiqamətləri müəyyən qədər şərh edilmiş, dini etiqad azadlığı haqqında qanunvericilik üzərində nəzarətin həyata keçirilməsinin hüquqi aspektləri öz ifadəsini tapıb. Mövcud qanunun şərhi və sosioloji müşahidələr göstərir ki, qanun qəbul olunandan (1992-ci il) indiyə kimi Azərbaycan cəmiyyətində bütün sahələrdə irəliyə doğru böyük inkişaf baş verməsinə baxmayaraq, dini məsələlər, dini etiqad azadlığının bəzi hüquqi tərəfləri, xüsusən, dini etiqad azadlığı və dini təhlükəsizliyin qarşılıqlı münasibətləri ilə bağlı əvvəlki qanunda bəzi hüquqi boşluqlar vardır. Məhz qanunda olan bu boşluqların doldurulması üçün vaxtaşırı olaraq dini etiqad azadlığı ilə bağlı qanunvericiliyə əlavə və dəyişikliklər edilib. Mövcud qanunvericilikdə və ona edilən əlavə və dəyişikliklərdə irəli sürülən hüquqi və sosioloji aspektlərin sosial-fəlsəfi cəhətdən araşdırılması mövcud yarımbölmənin əsas mahiyyətini təşkil edir. Yuxarıda qeyd etdiyimiz kimi, Azərbaycanda siyasi, sosial-iqtisadi, mədəni sahədə inkişaf və yüksəlişə doğru ciddi dəyişiklik baş verdikcə ölkəmizin qanunvericilik sistemində də hüquqi cəhətdən bu inkişafla uzlaşan dəyişikliklər də baş verib.
Qeyd edək ki, "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının qanununa vaxtaşırı olaraq müxtəlif illərdə bir çox yeni əlavə və dəyişikliklər edilib. Bu qanuna edilən əlavə və dəyişikliklər, həm hüquqi, həm də müxtəlif sosioloji aspektləri əhatə edib. Məsələn, Milli Məclisin 8 may 2009-cu il tarixli qərarına görə, qanunun 8-ci maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə olunub: "İslam dininə aid ibadət yerlərinə rəhbərlik edən din xadimləri müvafiq icra hakimiyyəti orqanına məlumat verməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin edilir."(50,s.1571).
Cavid