Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Azərbaycan siyasi mədəniyyətin formalaşdığı bir ölkədir

Azərbaycan siyasi mədəniyyətin formalaşdığı bir ölkədir Layihə

Azərbaycan siyasi mədəniyyətin formalaşdığı bir ölkədir

Ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması ali prinsip kimi qəbul olunur

Azərbaycan hüquqi dövlətdir və dövlətinin ən böyük dəyər verdiyi amillərdən biri insan amilidir. Ölkədə vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi istiqamətində kifayət qədər işlər görülüb və görülməkdə davam edir, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, eləcə də siyasi fəallığın artırılması üçün lazımi şərait yaradılıb. Siyasi baxışından, dinindən, dilindən asılı olmayaraq, hər bir insan rahat və sərbəst yaşayır və fəaliyyət göstərir. Ölkədə heç kim siyasi baxışına, siyasi və dini baxışına görə təqib edilmir. Ölkədə yalnız cinayət törədən şəxslər konkret faktlar əsasında mühakimə edilir, Azərbaycanın cinayət qanunvericiliyinə uyğun məsuliyyət daşıyır.
Milliyyətindən, dinindən, dilindən və irqində asılı olmayaraq ölkədə yaşayan hər bir Azərbaycan vətəndaşının hüquqları eyni qorunur. Azərbaycanda insan hüquqları Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunur. Kimliyindən asılı olmayaraq Azərbaycan vətəndaşı olan şəxs müstəqil, söz, fikir azadlığının bərqərar olduğu dövlətdə yaşadığını hiss edir. İstənilən vətəndaş müstəqil fikir yürüdə bilir, azad sözünü ifadə edir və cəmiyyətdə baş verən proseslərə münasibətini açıqlayır. Əgər sovetlər dönəmində Azərbaycan vətəndaşı ictimai-siyasi proseslərə münasibət bildirməyə çəkinirdisə, bu gün bu qadağalar tam aradan qaldırılıb. Artıq bu cür hadisələrə görə, heç bir vətəndaş təqib edilmir. Azərbaycan müstəqillik əldə edəndən sonra bu cür hallar aradan tam olaraq qaldırıldı. Ölkədə fikir, söz azadlığına start verildi və Azərbaycan dövləti Azərbaycan vətəndaşının sərbəst inkişafına, ölkənin ictimai-siyasi həyatında aktiv olmağa şərait yaratdı.

Azərbaycan dövlətinin insan hüquqlarının qorunmasında atdığı addımlar

Hamıya məlumdur ki, Azərbaycan insan hüquq və azadlıqlarının qorunmasının təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. 1993-cü ildə hakimiyyətə gələn Heydər Əliyev ilk öncə milli birliyə nail oldu. Prezident Heydər Əliyev tərəfindən Azərbaycanda "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" Fərman imzalandı, "İnsan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" təstiq edildi. Bundan sonra Azərbaycanın ən müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşulması, Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsi, İnsan Hüquqları üzrə Müvəkkil İnstitutunun formalaşdırılması, Azərbaycan Respublikasının Konstitusiyasına yeni dövrün tələblərindən irəli gələn mütərəqqi ruhlu əlavə və dəyişikliklərin edilməsi məhz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin yaradıcısı olduğu bu islahatlar yeni əsrin başlanğıcında Azərbaycanın demokratik dəyərlərə, insan hüquqlarına sadiq ölkə kimi bölgədəki nüfuzunu daha da artırıb, respublikamızın sivil Qərb dəyərlərinə sadiqliyini sübuta yetirib.
Bu proses get-gedə inkişaf etdi, Azərbaycan insan hüquq və azadlıqlarının qorunmasında dünyada tanınan dövlətlər sırasına qoşuldu.
Prezident İlham Əliyev hakimiyyətə gələndən sonra ümummilli liderin bu siyasi kursu uğurla davam etdirildi. Prezident İlham Əliyevin apardığı uzaqgörən siyasəti nəticəsində ictimai-siyasi sabitlik möhkəmlənib, insan hüquq və azadlığına güclü nəzarət ounur. Nəticədə Azərbaycan vətəndaşı müstəqil, azad ölkənin azad vətəndaşı olduğunu anlayır. İnsanların iqtisadi azadlığı, yüksək maddi rifah halı, vətəndaş-cəmiyyət münasibətlərinin ahəngdarlığı, şəxsiyyətin mənafelərinin, hüquq və azadlıqlarının maksimum səviyyədə qorunması, qanunun aliliyi prinsiplərinə bütün səviyyələrdə əməl olunması Azərbaycan vətəndaşlarının inkişafı ilə nəticələnib.
Prezident İlham Əliyevin 2006-cı il dekabrın 28-də Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının təsdiq edilməsinə dair imzaladığı Sərəncamda Azərbaycanın müasir inkişaf dövründə hüquqi dövlət quruculuğu və insan hüquqlarının müdafiəsi sahəsində səylərin gücləndirilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilib. Hazırda ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması ali prinsip kimi qəbul olunur. Bu məsələ ilə bağlı ölkəmizin bütün beynəlxalq konvensiyalara qoşulması dediklərimizin təsdiqidir.

Azərbaycanda insan hüquqlarını pozan və işğalçıları dəstəkləyən beynəlxalq təşkilatlar

Azərbaycanda insan hüquqları sahəsində yeganə problem Ermənistanın işğalçı siyasəti nəticəsində torpaqlarımızın 20 faizinin işğal altına düşməsindən sonra yaranıb. Hazırda Azərbaycanda 1 milyondan çox insan qaçqın və köçkünlük həyatı yaşayır. Erməni əsirliyində və girovluğunda işgəncə, təhqir və zorakılıqlara məruz qalan, azad ediləndən sonra mənəvi-psixoloji sarsıntılar yaşayan soydaşlarımız az deyil. İnsan haqlarına hörmətlə yanaşan müasir dünyada Ermənistan Azərbaycan vətəndaşlarını soyqırıma və etnik təmizləməyə məruz qoyub.
Ermənistanın beynəlxalq hüquq normalarına əməl etməməsi, Azərbaycanın 20 faiz ərazilərinin hələ də işğal altında olması və beynəlxalq təşkilatların bu ədalətsizliyə göz yumması ümumən Azərbaycan dövlətinin və azərbaycanlıların hüquqlarını kobud pozub. 25 ildən artıqdır ki, Azərbaycan vətəndaşları heç bir əsas olmadan doğma yurdlarından didərgin salınıb, minlərlə günahsız insanlar qətlə yetirilib. Problemin həllində vasitəçi olan ATƏT-in Minsk qrupu isə bu vaxta qədər problemin həlli ilə bağlı heç bir iş görmür. Əksinə həmin qurum və bu qurumda təmsil olunan dövlətlər seyrçi mövqeyində qalaraq ermənilərin işğalçı siyasətinin "inkişafı"na şərait yaradır.
Bu prosesdən istifadə edən ermənilər isə təxribat xarakterli niyyətlərini həyata keçirməklə Azərbaycana qarşı işğalçı mövqedə qalır. Bu gün Azərbaycan vətəndaşlarının insan hüquqlarının pozulması dünyaya "demokratiya" carı çəkən beynəlxalq qurumlar üçün önəmli deyil, arxa plana atılıb. Həmin qurumlar və dövlətlər işğalçı Ermənistana qarşı heç bir sanksiya tətbiq etmir, dolayısı ilə işğalçı dövləti dəstəkləyir. Dünyaya "demokratiya dərsi" keçən bu dövlətlər yalnız Azərbaycan qarşısında öhdəliklər qoyur. Bir sözlə, həmin beynəlxalq qurumlar Azərbacan xalqının insan hüquqlarını pozmaqda davam edir. Məsələn, bu gün Birləşmiş Millətlər Təşkilatının erməni qoşnlarının Azərbaycan ərazisindən qeyd-şərtsiz çıxarılması, Azərbaycanın ərazi bütövlüytünün təmin edilməsi ilə bağlı 4 qətnaməsi olsa da, həmin qətnamələr Ermənistan siyasi hakimiyyəti tərəfindən əməl olunmur. Beynəlxalq qurumlar isə bu qətnamələrin icra edilməsi üçün heç bir addım atmır və bununla da Azərbaycan əhalisinin insan hüquqları kobus pozulur.
Azərbaycan isə insan hüquqlarına və azadlıqlarına dair beynəlxalq müqavilələrə tərəfdar çıxaraq, öz yurisdiksiyası daxilində hər kəsin insan hüquq və azadlıqlarının təmin edilməsi öhdəliyini öz üzərinə götürüb. Bu öhdəliyin yerinə yetirilməsinə nəzarət mexanizmləri çərçivəsində Azərbaycan Respublikası tərəfindən təqdim olunan insan hüquq və azadlıqlarının təmin edilməsinə dair dövri hesabatlar üzrə Birləşmiş Millətlər Təşkilatının, Avropa Şurasının və digər hökumətlərarası təşkilatların ixtisaslaşmış qurumlarının rəy və tövsiyələrinin həyata keçirilməsi əhəmiyyət kəsb edir. Bununla yanaşı, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının icra edilməsi çərçivəsində qanunvericiliyin təkmilləşdirilməsi sahəsində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Azərbaycan bu gün azad seçkilərin keçirildiyi, insanların hüquq və azadlıqlarının müdafiə olunduğu, siyasi fəallığın, siyasi mədəniyyətin formalaşdığı bir ölkədir. Bəzi beynəlxalq qurumlar Azərbaycana müəyyən məsələlərdə irad bildirir, Amma, həmin qurumlara üzv olan digər ölkələrdə tükürpədici hadisələr baş verir, insanların hüquq və azadlıqları kobud şəkildə pozulur. Azərbaycanda isə heç bir cəhətdən insanların hüquqları pozulmur.


"ING-in analitik məruzəsi şübhələrə son qoydu"

Artıq Azərbaycanda sabitliyin təmin edilməsi, insanların hakimiyyətəı etibar etməsi nüfuzlu beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir. Artıq bu nüfuzlu araşdırmaçı qurumları da Azərbaycanı inkişaf etmiş, vətəndaşının qayğısına qalan bir ölkə olduğunu anlayır.
Bu yaxınlarda Hollandiyanın ING maliyyə holdinqinin analitik məruzəsi də bunu bir daha sübut etdi.
Avropa İttifaqının "Şərq Tərəfdaşlığı" proqramının sifarişi ilə Niderlandın ING maliyyə holdinqinin tərəfdaşı ACT LLC humanitar tərəfdaşlıq təşkilatı tərəfindən Azərbaycan vətəndaşları arasında sorğu aparılıb. Sorğunun nəticələrinə əsasən, rəyi soruşulan Azərbaycan vətəndaşlarının 81 faizi hökumətə etibar edir. Siyasi partiyalar rəyi soruşulanların 45 faizinin, Milli Məclis isə 65 faizinin etibarını doğruldur. Vətəndaşların 80 faizə qədəri ölkənin gələcəyini nikbin qiymətləndirir, şəxsi gələcəyinə isə rəyi soruşulanların 83 faizə yaxını nikbinliklə baxır.
Millət vəkili Tahir Kərimli bildirir ki, Hollandiyanın ING maliyyə holdinqinin analitik məruzəsi müxalifətin ölkənin inkişafı ilə bağlı daxili və xarici sorğuların nəticələrinə şübhə ilə yanaşmasına son qoydu.
Millət vəkilinin sözlərinə görə, həmin şəxslər əvvəllər aparılan islahatlara inamsızlıqla yanaşırdılar: "Amma Hollandiyanın sorğu mərkəzinin hesabatı məsələnin obyektivliyinə şübhə yeri qoymur. Əgər bu sorğu nəticəsində hakimiyyətə əhalinin 81 faizi, parlamentə 65 faizi, siyasi partiyalara 45 faizinin inandığını üzə çıxırsa, bu hal siyasi partiya rəhbəri kimi məni sevindirir. Hesab edirəm ki, siyasi partiyalar obyektiv və subyektiv cəhətdən həqiqətən cəmiyyətin tam ümid yerinə çevrilə bilməyiblər. 35 faiz cəmiyyətin parlamentə etimad göstərməməsi də təbii haldır. Bu sorğu parlament qarşısında daha böyük məsuliyyət qoyur ki, xalqın etimadını qazanmaq üçün daha çox çalışmalıyıq. Hökumətə olan etimada gəlincə isə, xalq bu hakimiyyətə alternativ qüvvə görmür".
Tahir Kərimli qeyd edib ki, cəmiyyət hökumətə inanır, etimad göstərir:
Millət vəkili Elman Nəsirov isə bildirib ki, məruzəni hazırlayan ekspertlər Azərbaycandakı siyasi-iqtisadi vəziyyəti, insanların sosial durumunu, onların gələcəyə baxışı ilə bağlı vəziyyəti hərtərəfli analiz ediblər:
"İlk növbədə hesabatda diqqəti cəlb edən məqam əhalinin hakimiyyətə inamıdır. Məruzədə qeyd edilir ki, əhalinin 81 faizi hakimiyyətə etibar edir. Bu çox vacib məqamlardan biridir. Əhalinin 65 faizinin parlamentə, 45 faizinin isə siyasi partiyalara inanması da yüksək göstəricidir. Bu da onu göstərir ki, hakimiyyət xalqın mənafeyinə uyğun siyasət həyata keçirir, milli maraqları hər şeydən üstün tutur".
Elman Nəsirov qeyd edib ki, hakimiyyətin yürütdüyü siyasətin əsasında Azərbaycan vətəndaşının mənafeyi və sosial rifahı durur: "Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi, siyasi və sosial islahatlar müsbət nəticəsini verməkdədir və hesabatda da əhalinin bütün bunlara verdiyi müsbət qiymət əksini tapıb".

Samir Güləliyev
Trend Beynəlxalq İnformasiya Agentliyinin müxbiri

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim etmək üçün