“Apreldən sonra danışıqların növbəti raundu başlanacaq” Layihə

“Apreldən sonra danışıqların növbəti raundu başlanacaq”

Məhəmməd Əsədullazadə: "İrəvan Rusiyanın diktəsi ilə hərəkət edərək, imitasiya siyasəti aparacaq"

Əli Qənbərli: "Avtoritar idarəçiliyin hökm sürdüyü ölkələrdə şəxslərin dəyişməsi formal xarakter daşıyır"


İtaliyanın ATƏT-ə sədrlik ofisinin mətbuat katibi Giovanni Davoli bunu armenpress-ə açıqlamasında deyib ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin öhdəliklərinə əsasən Dağlıq Qarabağ münaqişəsinin həll elementləri artıq danışıqlar masası üzərindədir. O qeyd edib ki, münaqişə tərəflərinin prezidentləri birbaşa danışıqlar apardıqda müsbət istiqamətdə irəliləyişlər müşahidə edilir: "Bu baxımdan tərəflərin siyasi iradə əsasında yüksək səviyyədə dialoqları davam etdirməsi ideyasını dəstəkləyirik".
ABŞ-ın ATƏT Minsk qrupundakı həmsədri Endrü Şefer isə
Trend-ə eksklüziv müsahibəsində bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində indiki status-kvo uzunmüddətli perspektivdə saxlana bilməsə də, bu münaqişənin hərbi həll yolu yoxdur.
Beynəlxalq təşkilatların nümayəndələri birmənalı olaraq hərb yolu ilə həll variantını dəstəkləmədiklərini açıqlayırlar. Amma status-kvonun davam etməməsi üçün konkret addımlar da atmırlar. İşğalçı ilə işğala məruz qalanı eyniləşdirən bəyanatlardan başqa ortada əməli bir fəaliyyət yoxdur. Danışıqlar prosesində isə aktivlik yoxdur və İrəvandakı əsas siyasi hadisə Ermənistanın yeni prezidentinin fəaliyyəti ilə bağlıdır. Maraqlıdır, yeni prezident dönəmində Ermənistanın mövqeyində hər hansı bir dəyişiklik ola bilərmi?
Xatırladaq ki, martın 2-də Ermənistan parlamenti ölkənin yeni prezidentini seçib. Hakim partiyanın namizədi Armen Sərkisyan Ermənistanın növbəti prezidenti seçilib. Parlamentin deputatları onu 90 səs lehinə, 10 səs əleyhinə olmaqla prezident seçiblər. Yeni prezident çıxış edərkən erməni generaliteti parlament binasını tərk edib.
Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri Məhəmməd Əsədullazadə "Xalq Cəbhəsi"nə bildirdi ki, Ermənistan parlamentində keçirilən səs vermədə Armen Sarkisyanın prezident seçilməsi bu ölkədə siyasi-iqtisadi dəyişiliklərə gətirməsi mümkün deyil. Onun sözlərinə görə, ilk növbədə prezident kimi geniş səlahiyyətlərə malik deyil və ölkıni baş nazir idarə edəcək: "Ümumiyyətlə bu seçkilər, struktur dəyişiklikləri yalnız Qarabağ klanın-Sarkisyan rejiminin hakimiyyətdə qalmasına hesablanıb. Baş verənlər Serj Sarkisyanın ssenarisi ilə davam edir. Baş nazir olacaq Sarkisyanın nə iqtisadiytatı inkişaf etdirəcəyi, nə də siyasətdə müsbətə doğru irəlləyişə imza atacağı gözlənilmir. Bundan əlavə Qarabağ münaqişəsi ilə bağlı danışıqları Serj Sərkisyanın aparacağı gözlənilir. Apreldən sonra danışıqların növbəti raundu başlanacaq. Hesab edirəm ki, indiki İrəvan hakimiyyəti Qarabağla bağlı konstruktiv mövqeyə hazır deyil. Çünki, Rusiyanın diktəsi ilə hərəkət edərək, imitasiya siyasəti aparacaq. Azərbaycan hərbi təzyiq siyasətinə qayıtmalıdır. Baş verənlər heç də regionda sülhə xidmət etmir. Ermənistanda nə qədər müharibə partiyası hakimiyyətdədirsə real danışıqlara ümid etməyək. İndiki hakimiyyət Qarabağda gedən müharibədə komandan olub və separtçı quruma rəhbərlik edib. Belə şəxslərdən konstruktiv mövqe hazır olmaz. Fikir versək, Ermənistanda hakimiyyıt yekcinsdir. Bunlar Armen Sarkisyanı prezidentliyə gəturməklə, Ermınistanda siyasi balans yaratmağa çalışır. Çünki, ermənilər gəlmə qarabağ ermənilırindən narazıdı və yerliçilik pik nöqtədədir. Daxili narazılıqların bundan sonra baş qaldırması istisna deyil. Əgər, Sarkisyan rejimi ötən illərdəki kimi danışıqları davam etdirərsə, istənilən variantı Azərbaycan masa üzərinə daşıyacaq. Aprel döyüşləri göstərdi ki, danışıqların nəticə vermədiyi anda hərbi əməliyyatlar mümkündür. Bir məsələyə diqqət etmək lazındır ki, ATƏT-in Minsk qrupu son dövrlərdə yalnız çalışır ki, atəşkəsə riayət olunsun. Bundan istifadə edən Sarkisyan rejimi işğal altında ərazilərdə tikinti siyasəti aparır. Rısmi Bakı növbəti aylarda konkret öz siyasətini masaya qoymalı və işğal olunmuş ərazilərlə bağlı mövqe tələb etməlidir".
Politoloq Əli Qənbərli diqqətə çatdırdı ki, Ermənistanda prezident seçkilərindən sonra hansısa vəziyyətin yaxşı olacağını gözləmək yersizdir. Onun fikrincə, dəyişən nəsə yoxdur: "Ümumiyyətlə, avtoritar idarəçiliyin hökm sürdüyü ölkələrdə şəxslərin dəyişməsi formal xarakter daşıyır. Yəni, avtoritar ölkələrdə müstəqil namizədlərin seçilmə ehtimalı sıfıra bərabərdir.Burda dəyişən mahiyyət yox görüntüdür. Real vəziyyət o zaman dəyişə bilərdi ki, burada mahiyyət dəyişsin. Qarabağ məsələsinə gəlincə isə burda nəsə irəliləyiş baş verə bilməz. Əgər, baş versə belə bunu Ermənistandakı seçkilərin nəticəsi kimi qiymətləndirmək düzgün olmaz. Qarbağ məsələsində əsas amil regional maraq amilidir. Nə qədər Rusiya regionda geostrateji marağını güdəcəksə, bu problemin danışıqlar yolu ilə həlli çətin olacaq".
Politoloq Zərdüşt Əlizadə deyib ki, son prezident seçkisindən sonra Ermənistanda müsbətə doğru hər hansı irəliləyiş baş verməyəcək: "Çünki Ermənistanın müstəqil daxili və xarici siyasəti yoxdur. Bu ölkə Rusiyanın alətidir. Onun hərəkətinin parametrlərini Rusiya müəyyən edir". Politoloq deyib ki, Ermənistan bütün addımlarını Moskva ilə razılaşdıraraq atır: "Moskvanın isə məqsədi bəllidir: Dağlıq Qarabağ münaqişəsi həll edilməsin və bunun nəticəsində Ermənistan Rusiyanın geosiyasi təsir dairəsindən çıxa bilməsin. Nə qədər ki, Rusiya və onun imkanları varsa, Ermənistanda indiki kimi ümidsiz vəziyyət hökm sürəcək. Başqa sözlə, daxildə vəziyyətə cani məmur oliqarxiyası nəzarət edəcək, konstitusiya bəzək xətrinə yazılıb, Qarabağ klanı hakimiyyəti qoruyub ondan varlanmaq üçün istifadə edəcək, Qarabağ münaqişəsi həll olunmayacaq. Və bunun nəticəsində Ermənistanda heç bir inkişaf perspektivləri görünmür. Çünki Ermənistanda nə istehsalat, nə də bazar var. 500 milyon dollarlıq məhsul və s. isə yaraşıq və bəzəkdir. 2 milyonluq xalqın yaşaması üçün bütün bunlar kifayət etmir. Mən düşünürəm ki, Ermənistanın axırı yoxdur. Nə qədər ki, oradakı hakimiyyət, ideologiya, ziyalı təbəqəsi və indiki cahil vəziyyət davam edəcək, deməli, Ermənistanın gələcəyi olmayacaq".
Siyasi şərhçi hesab edir ki, Armen Sərksiyan Ermənistanın yeni prezidenti seçildikdən sonra parlamentdə çıxış etdiyi əsnada erməni generalitetinin nümayişkaranə şəkildə parlament salonunu tərk etməsində qeyri-adi heç nə yoxdur: "Bunların hamısı oyundur. Erməni generaliteti parlamenti tərk etməklə görüntü yaradır ki, onların fərqli mövqeyi var. Əslində, cani Serj Sərkisyan, erməni generaliteti və digərləri Rusiyanın alətidir. Prezident Armen Sərksiyan da Rusiyanın adamıdır. Bu şəxs 90-cı illərin ortalarında Ermənistanın baş naziri olub. Yəni Ermənistanın baş naziri olan şəxs Rusiyanın adamı olmaya bilməzdi. Armen Sərksiyana deyilsə, sabah Rusiya üçün mədhiyyə oxu, oxuyar. Erməni generallarına desələr ki, oturun Armen Sərksiyanın çıxışına qulaq asın və alqışlayın, bunu da edəcəklər. Georgi İvaniyanın sərrast bir ifadəsi var: Ermənistanın vəziyyəti Cənubi Osetiyadan fərqlənmir. Tamamilə yerində deyilən sərrast sözdür".
Zərdüşt Əlizadə deyib ki, son illər Ermənistanda anti-Rusiya əhvalının güclənməsinin iki səbəbi var: "Birinci səbəb odur ki, vaxtilə hakimiyyətdə olan, vəzifənin dadını görən və vəzifəyə qayıtmaq istəyən bəzi şəxslər Sərksiyan hakimiyyətinin xarici siyasət kursunu tənqid edirdilər. Ermənistanın siyasəti isə Rusiyaya bağlıdır. Hakimiyyəti tənqid etmək üçün dedilər ki, Rusiya imperiyadır, Ermənistanın bütün bəlaları Rusiyadan gəlir və s.
İkincisi səbəb də odur ki, Qərb müxalifəti qızışdırıb Rusiyaya qarşı qoyurdu. Rusiya da bunu soyuqqanlı müşahidə etdi. Və 2016-cı ilin aprelində cəbhədə vəziyyət qızışanda bir neçə gün müşahidə mövqeyində qaldı. Nəticədə Azərbaycan ordusu qısa müddətdə bəzi əraziləri geri qaytardı, erməni müdafiə istehkamlarını dağıtdı, yüzlərlə erməni əsgəri öldürüldü. Ermənilər birdən ayılıb gördü ki, Azərbaycanın qarşısında aciz durumdadırlar. Tez Rusiyaya yalvardılar ki, bizə kömək edin. Moskva da vasitəçilik edərək, cəbhədə müharibəni sakitləşdirdi. Və bundan sonra Ermənistanda Rusiyaya qarşı məhəbbət birdən-birə "alovlandı". İndi də Ermənistanda Rusiyaya hürənlərin erməni cəmiyyətində 3-5 faiz nüfuzu var. Diqqət edin, hazırda Rusiyaya tənqidi yanaşan siyasi partiyalardan heç biri erməni parlamentində yoxdur. Hətta erməni milli azadlıq mübarizəsinin qaranquşu olan Erməni Ümummilli Hərəkatı və Milli Konqres 1990-cı ildən bu yana hər zaman parlamentdə təmsil olunurdu. Amma bu dəfə parlamentə düşmədi. Çünki Rusiyanı tənqid edirdi. Levon Ter Petrosyan təklif edirdi ki, Qarabağ münaqişəsinin həlli üçün gəlin, güzəştlərə gedək. Odur ki, indi erməni parlamentində anti-Rusiya mövqeyində olan bir partiya belə yoxdur".


Əli