Türklərə qarşı yönəlmiş “erməni məsələsi” Layihə

Türklərə qarşı yönəlmiş “erməni məsələsi”

Bu gün dünyada erməni həşirçiliyi daha da artıb. İnsani dəyərlərdən uzaq, heç bir bəşəri dəyər yaratmayan, xarakteri satqınlıqdan və minüzlükdən yoğrulmuş ermənilər dünyanı ardıcıl yalanlarına inandırmaqla özlərinə hər kəsdən qayğı umurlar. Araşdırmaçıların fikrincə, nəinki "erməni məsələsi", həm də "erməni milləti" məfhumunun özü belə Avropa arenasında 1850-ci illərdən sonra işlənən ifadələrdir. Həmişə də rus-türk müharibələrinin (1855, 1859, 1864, 1866, 1870, 1877-ci illər) yekun nəticələrində sülh müqavilə və aktlarında səslənməyə başlayıb. İlk dəfə isə söz olaraq Krım müharibəsində Türkiyənin Rusiya üzərindəki müvəqqəti qələbəsinin yekun sənədində, 1856-cı ildə kecirilən Paris konfransında ermənilərin hüquq və azadlıqlarına mülayim bir formada və Avropanın super dövlətlərinin maraqları çərçivəsində işarə vurulması ilə yazılı sənəddə öz əksini tapmışdı. Araşdırmaçı Ə.Əroğul: "Bu isə bəri başdan Rusiya və Avropanın xristian dövlətlərinin bir növ gələcəkdə Osmanlı imperiyasının Anadolu torpaqları üzərində hərbi əməliyyatlara qərar verməsi demək idi. Onsuz da böyük dövlətlər Turkiyəni daha asanlıqla aradan götürmək, sıradan çıxarmaq üçün onun mərkəzdənqaçma qüvvələrini arayıb-araşdırmağa, tapıb gücləndirməyə, ölkəni içəridən zəiflətməyə çalışırdılar. Hər biri öz aləmində, öz növbəsində öz dövlətlərinin mənafeləri baxımından "erməni məsələsi" əsnasında siyasətlərini formalaşdırmağa və bundan bir dayaq noqtəsi, təsir vasitəsi kimi istifadə etməyə can atırdılar. 1877-78-ci illərin rus-türk müharibəsində Turkiyənin məğlub olması Rusiyanın bu sahədə ilk rəsmi addım atması ilə nəticələndi".
"Erməni məsələsi" adı 1878-ci il fevral ayının 19-da Rusiya ilə Türkiyə arasında Bolqarıstanın sahil qəsəbəsi olan San-Stefanoda bağlanan sülh müqaviləsinin 16-cı paraqrafına daxil edildi: "Rusiyanın bu sahədə əməli fəaliyyətə keçməsi Qərb dövlətləri arasında əks-səda doğurdu. Zəif düşmüş Osmanlı imperiyasını parçalamaq, pay-puruş etmək, daha çox pay mənimsəmək məqsədi ilə dünyanın altı nəhəng xristian dövləti diplomatiya siyasəti sahəsində, habelə silah gücüylə öz məqsədlərinə catmaq uğrunda yarışa və vuruşa qalxdılar. İlkin olaraq isə hər biri özü-özlüyündə "erməni məsələsi"ndən Türkiyəyə qarşı əlverişli silah, təsir gücünə malik bir siyasət vasitəsi kimi istifadə etməyə önəm verdilər. Beləliklə, "erməni məsələsi" çar Rusiyasının, Qərbin imperialist dövlətlərinin və zamanın hökmüylə bu sayaq beynəlxalq status aldı. Xüsusilə İngiltərə, Fransa, Rusiya tərəfindən Şərq məsələsinin tərkib hissəsi kimi ortaya atıldı. Şərq məsələsi əsas etibarillə bu regionda, daha doğrusu, müsəlman dünyasında kiçik dövlətlər, tayfa dövlətləri yaratmaq, iri dövlətlərin meydana gəlməsinə qətiyyətli surətdə imkan verməmək, aralarında daim ziddiyyətlər yaratmaq, xüsusilə super dövlətlər sırasında dura biləcək güc şəklində çıxış etmələrinə əsla imkan verməmək siyasətinin məcmusudur. "Erməni məsələsi" də Osmanlı imperiyasının daxildən zəiflədilməsinə hesablanan bir siyasət oldu. Artıq bu dövrlərdə Rusiya liberal hərəkatının təsiri altında Moskva və Tiflis şəhərlərindəki erməni millətçiləri nəinki bu şəhərlərdə, habelə Türkiyənin özündə mətbuat və təşviqatçılar vasitəsilə ermənilər "özünüdərkin oyanması" və hətta döyüşkən millətçilik təbliğatı aparmağa başlamışdılar".
Erməni şovinistləri yaxşı dərk edirdilər ki, böyük dövlətlərin dəstəyi olmadan onlar nə dövlət qura bilər, nə də müstəqil bir dövlət kimi əsla köməksiz yaşaya bilməzlər: "Bütün ümid və istəklərini böyük dövlətlərin onlara verə biləcəkləri şanslara dikirdilər. Bir sözlə, "erməni məsələsi"nin həm zahiri, həm də daxili mahiyyətində bir məqam - Türkiyənin süqutu həlledici istiqamət sayılırdı. Bu sahədə istər super dövlətlərin, istərsə də erməni millətçilərinin bədnam niyyətləri ust-ustə düşürdü. Bir tərəfdən də böyük dövlətlərin milli mənafeləri baxımından "erməni məsələsi"nə müdaxilə etmələrinə rəğmən əl qoymaları bu məsələni günü-gündən daha da mürəkkəbləşdirirdi. Rusiyanın Qara dənizi, Bosfor və Dardanel boğazlarını zəbt etmək səyləri "xristianları müsəlman Türkiyəsinin zülmündən xilas etmək uğrunda mübarizə" şüarları ilə pərdələnirdi. San-Stefano ilkin sülh müqaviləsinin 16-cı paraqrafına görə Türkiyə erməni vilayətlərində dərhal lazımi islahatları həyata keçirməliydi. Və bu işlər görülüb qurtaranadək rus qoşunlarının Anadolu Turkiyəsində işğal etdikləri torpaqları öz əllərində saxlamaqda davam edəcəkləri nəzərdə tutulurdu. Rusların təşəbbusu və təhriki ilə "erməni məsələsi" beynəlxalq toplantılarda muzakirə obyektinə çevrildi. Rusiya artıq Turkiyəni taqətdən salıb parcalamaq yolunda ilk addımını atdı. Xac sungusunə çevrilmiş "erməni məsələsi"ni katalizator rolunda oynatdı. Erməni millətçiləri isə Rusiyanın dəstəyindən istifadə edəcəklərində israrlı idilər.
Musbət nəticə əldə edəcəklərinə özlərində bir əminlik, yəqinlik hissi hasil edirdilər. Milli-siyasi müqəddəratı müstəqil təyin etmək məqsədi ilə rus işğalına bel bağlayırdılar. Odur ki, həmin istiqamətdə təşviqat-təbliğat işini gucləndirdilər. Ermənilərin Rusiyadan kömək istəmələri türk-erməni münasibətlərini də kəskinləşdirdi. Türkiyə hökuməti ermənilərə münasibət məsələsində kəskin surətdə dönüş etdi. Halbuki türk hökuməti 1877-ci il rus-turk müharibəsinədək erməniləri nəinki təqib eləmirdi, əksinə, adlı-sanlı ermənilərin böyük dövlət vəzifələri tutmalarına isti münasibət bəsləyirdi. Ermənilərin Rusiya işğalının xeyrinə etdikləri xəyanət Turkiyənin əleyhinə yönəlmiş vətəndaşlarının dövləti cinayəti idi". Hadisələr ermənilərin istəyincə davam etmədi. Şübhəsiz ki, Rusiyanın "erməni məsələsi"ndən təkbaşına istifadə edib Türkiyənin içərilərinə doğru real addımlar atması Qərb dövlətlərini qıcıqlandırmaya bilməzdi: "Çar Rusiyasının bu niyyəti onun Yaxın Şərqdəki əsas rəqibi - İngiltərənin ciddi müqavimətinə tuş gəldi. Çar Rusiyasının "erməni məsələsi"ndən təkbaşına istifadə etmək cəhdi İngiltərə tərəfindən qətiyyətlə dəf edildi. İngiltərə erməni millətçilərinin də saqqızını oğurlamağa muvəffəq oldu. Çunki həmin dövrlərdə çar Rusiyası ermənilərin başını sığallasa da, bununla bahəm Zaqafqaziyada ruslaşdırma siyasəti də yeridirdi. Vaxtı ilə Rusiya "Asiyada ermənilərin müstəsna üstünlüklərə malik olacağı ərazi yaradılması" ideyasını irəli sürməsinə baxmayaraq, indi onun əleyhinə açıq-aydın əməli fəaliyyət göstərirdi. Rusiyanın Bolqarıstan məsələsində ağzı yanmışdı. Bolqarıstan çar Rusiyasının köməyilə azad edilsə də, indi çar Rusiyasının vassalına cevrilmək istəmirdi.
01 iyun 1878-ci ildə Berlin konqresində San-Stefano ilkin sulh müqaviləsinə baxılarkən İngiltərə öz istəyinə nail oldu. San-Stefano müqaviləsinin 16-cı paraqrafı Berlin konqresinin 61-ci maddəsi ilə əvəzləndi. Bu maddəyə görə, Turkiyə höküməti erməni vilayətlərində lazımi islahatlar keçirməyə borclu olduğunu təsdiq edirdi. Lakin həmin islahatların həyata keçirilməsi üzərində nəzarət təklikdə Rusiyaya yox, Berlin konqresinin iştirakçısı olan altı böyük dövlətdən ibarət "birliyə" verilirdi. Berlin konqresinin qərarı erməni millətçilərinin də damağına şəkər əzib tökürdü. "Milli erməni dövləti"nin yaradılması uğrunda mubarizəyə təkcə Rusiya tərəfindən deyil, bütün böyük dövlətlər tərəfindən kömək gostəriləcəyi iştahlarını birə on qat artırırdı. İngiltərə diplomatiyası isə öz işini görürdü. Onun əsas məqsədi çar Rusiyasına özünün Yaxın Şərq siyasətində "erməni məsələsi"ndən təkbaşına istifadə etməsinə imkan verməmək idi və buna da nail oldu.
Turkiyə hökuməti erməni vətəndaşlarının xəyanəti və satqınlıqları ilə üz-üzə qalmışdı. Erməni millətciləri isə siyasiləşən nasionalist partiyalar yaradaraq, təşkilatlanmaq, mütəşəkkil şəkildə terror aktları həyata keçirmək və silahlı mubarizə aparmaq yoluna qədəm qoydular. İlkin olaraq "Armenakan" və "Qncaq" partiyaları bu yolda təşəbbus gostərdilər. Sonucda isə Daşnaksutyun meydana atıldı. Yarandığı gundən böyük dövlətlərdən kömək almaq ümidini itirən erməni-daşnak faşistləri Türkiyədə üsyanlar qaldırmağa başladılar. Ancaq onlar yaxşı bilirdilər ki, türk hökuməti ilə mübarizədə qalib gələ bilməzlər. Erməni-daşnak faşistlərinin qarşısında ilk və böyük əngəl - Anadolu türk yurdunu parçalamaq istəməyən Osmanlı türklüyü dururdu. Üsyanlar törətməkdə məqsədləri isə ancaq böyük dövlətlərin diqqətlərini "erməni məsələsi"nə cəlb etmək istəyi oldu. Böyük dövlətlər isə ancaq Türkiyə ilə bağlı problemləri ortaya cıxandan-cıxana "erməni məsələsi"ni yada salırdılar. Erməni muəllifi S.Makosyanın təbirincə desək, "erməni məsələsi" Avropa diplomatiyası üçün komediya, ermənilər üçün isə faciə idi"".
Araşdırmaçı bildirir ki, Avropanı ilgiləndirən erməni millətinin taleyi deyildi, "erməni məsələsi" onlara Turkiyənin həyat şirəsini sormaq uçün lazım idi. Erməni xalqı artıq Türkiyədə öz faciəsini yaşayırdı. Daşnaklar 1884-cü ildə Sasunda kortəbii şəkildə baş verən üsyanın siyasiləşən variantda davam etdirilməsinə yeni təkan verdilər: "Əsas rolu ələ alan Daşnaksutyun partiyasının təxribat dəstələri, terror qrupları Asiya Turkiyəsinin ərazisini buruyən üsyankar ocaqlar yaratdılar. 1895-ci ildə Zeytunda, 1896-cı ildə Vanda silahlı üsyanlar təşkil edən erməni-daşnak faşistlərinin qazancı sonucda ancaq qırğınlar oldu. Bu illər ərzində heç nə qazana bilməyən ermənilər ancaq dəstə-dəstə Qafqaza axın etdilər. Dərd ondaydı ki, özləri ilə elə "erməni məsələsi"ni də Qafqaza gətirdilər. Burada öz istəklərini həyata keçirmək üçün münbit şərait vardı. "Erməni məsələsi"ni silah gücünə həll etmək konsepsiyasına hakim kəsilən erməni-daşnak faşistləri Türkiyədə edə bilmədiklərini Rusiyanın əsarəti altında olan Azərbaycan torpaqlarında Azərbaycan türklərinə qarşı etdilər. 1905-1907-ci illərdə XX əsrin ilk soyqırımı hadisəsini törətdilər. Əliyalın, dinc, hec bir torpaq, hakimiyyət iddiasında olmayan Azərbaycan türklərinin qətliamlarını təşkil etdilər. Onları etnik təmizləmə siyasətinin gunahsız qurbanlarına cevirdilər".

Uğur