Şəhidlərə həsr edilmiş kitablar MEK-ə təqdim olunub Cəmiyyət
- 2 Dekabr 2024 18:45
- 1 799
AMEA-nın Mərkəzi Elmi Kitabxanasında şəhid ailə üzvləri ilə görüş keçirilib, şəhidlərə həsr olunmuş nəşrlər kitabxanaya təqdim edilib.
Kitabxanadan Xalqcebhesi.az-a bildirilib ki, öncə Röksanə Səfərzadə rəhbəri olduğu fond haqqında ətraflı məlumat verib. 44 günlük Vətən müharibəsindən sonra dövlətin dəstəyi ilə MEK-də yaranan fondun əsas məqsədlərindən, fəaliyyətindən, eləcə də burada toplanan nəşrlərdən bəhs edib.
R.Səfərzadə bildirib ki, yarandığı gündən etibarən fondda şəhidlərin əziz xatirəsi daim anılır, ailə üzvlərinin, yazıçıların, ictimai xadimlərin iştirakı ilə tədbirlər keçirilir.
Dəyirmi masa ətrafında davam edən görüşdə MEK-in kitabxana xidməti üzrə direktor müavini, dosent Şəhla Quliyeva vurğulayıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun xalqımıza yaşatdığı möhtəşəm Qələbədən sonra Vətən müharibəsi ilə bağlı yazılan kitabların sayı çoxalır. “Bu fondda da məhz Qarabağ, 44 günlük müharibə, eləcə də şəhidlərimizin hər biri haqqında zəngin informasiya qorunur, bu məlumatların zənginləşməsində isə şəhid ailə üzvlərinin əməyi əvəzsizdir”, - deyə direktor müavini qeyd edib.
Görüşdə iştirak edən “Zəfər” İnformasiya Mərkəzinin - zefer.info.az saytının redaktoru, Əməkdar müəllim, tədqiqatçı-jurnalist Zülfiyyə Vəliyeva xalqına layiqincə xidmət edən nəslin formalaşmasında, gənclər arasında vətənpərvərlik sahəsində maarifləndirmə işinin aparılmasında müəllimlik fəaliyyətinin əhəmiyyətindən bəhs edib. O, həmçinin MEK-ə təqdim etdiyi “Zəfərimiz mübarək” adlı kitabı haqqında ətraflı məlumat verib.
Daha sonra şəhid anaları Vətən, torpaq, böyük amallar uğrunda özlərini qurban verərək ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlayan igid oğullar haqqında xatirələrini bölüşüb, keçdikləri həyat yolundan bəhs ediblər. Şəhid ailə üzvləri şəhid kəşfiyyatçı İlqar Əhmədov və onun qardaşı Vüqar Əhmədova, şəhid Toğrul Hacıyevə, şəhid Rövşən İsmayılova, şəhid baş leytenant Cəmil Nəcəfova, şəhid Fəxrəddin Qubanlıya həsr olunmuş “İki oğulun acısı”, “Səhnədən səngərə”, “Şərəfli zabit ömrü”, “Sonunu düşünən qəhrəman olmaz”, “Xeyirxah insan” adlı kitabları, həmçinin şəhid Vüsal Məmmədov haqqında çəkilmiş sənədli filmi Mərkəzi Elmi Kitabxanaya təqdim ediblər.
-
Lisenziyanın və icazənin şərtlərinə riayət olunmasına nəzarət təkmilləşdiriləcək
-
Nisyə mal alqı-satqısı sahəsində şərtlər dəyişir
-
Azərbaycan meymunçiçəyi virusu ilə bağlı endemik risk qrupuna daxil deyil
-
İran Ali Məhkəməsi Azərbaycan səfirliyinə hücum edən şəxslə bağlı ölüm hökmünü təsdiqləyib
-
Paşinyan Türkiyəyə başsağlığı verib
-
İRƏVANI BAKI VƏ ANKARANI BİRLƏŞDİRƏN “SÜLH YOLU”NA ÇEVİRSƏK!... – Zahid Orucdan sensasion yazı
-
Yanacaqdoldurma və qaz təchizatı obyektlərinin istismarına görə dövlət rüsumu müəyyənləşir
-
“Ov mövsümünün açıq elan edilməsi ilə bağlı qərar qəbul edilib”
-
Aviasiya hadisələrinin araşdırılması üzrə daimi komissiyanın hüquqi statusu müəyyənləşir
-
“Azərbaycan Dəmir Yolları” QSC və strukturuna daxil olan qurumlar lisenziya və icazə tələbindən azad olunur
-
Lisenziyanın dayandırılması və ləğvi üçün yeni əsas müəyyən olunur, cərimə müəyyənləşir
-
İranın Məhkəmə Sistemi: Rəisinin helikopterinin qəzaya uğramasının təxribat olduğuna dair heç bir sübut tapılmayıb
-
Güclü külək əsəcək - XƏBƏRDARLIQ
-
Kürdəmirdə iki maşın toqquşub, 2 nəfər xəsarət alıb
-
İranda hərbi təyyarə qəzaya uğrayıb
-
Rusiyanın daxili işlər naziri Azərbaycan səfirini qəbul edib
-
Azərbaycan-Oman parlamentlərarası əlaqələr üzrə İşçi Qrupu yaradılır
-
İxracdan əldə olunan 92,4 milyon manatın ölkəyə qaytarılması təmin edilib
-
Zurabişvili ermənilərə “dayı” deməyə başladı
-
MM komitə sədri: Azərbaycan vətəndaşlarının Latviyaya səfərinə nəzarətin sərtləşdirilməsi təklifləri qəbuledilməzdir
-
Şahin Mustafayev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
-
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
-
Taleh Kazımov kredit faizlərinin artmasına münasibət bildirib
-
AMB sədri: Bankların məcburi ehtiyat normalarının dəyişdirilməsi gözlənilmir
-
İmişlidə yol qəzası ilə bağlı xuliqanlıq hərəkətlərinə görə saxlanılan 14 nəfər həbs olunub
-
Prezident İlham Əliyev Davosda Zelenski ilə görüşüb
-
Sabahın hava proqnozu açıqlanıb
-
Güney Azərbaycandan ayrı düşmüş Türk eli - ARAŞDIRMA
-
Quduzluq xəstəliyinə qarşı növbəti peyvəndləmə tədbiri aparılacaq
-
İdxal zamanı yararsız olduğu aşkarlanan məhsullar məhv edildi
-
Valideynlərini itirmiş uşaqların təhsil üzrə təminatları dəyişir, birdəfəlik müavinət ödəniləcək
-
Taleh Kazımov: Bu il manatın nominal effektiv məzənnəsi 8.2% möhkəmlənəcək
-
AMB iqtisadi artım proqnozunu açıqlayıb
-
Həqiqətdən uzaqlaşdıran manipulyasiyalar
-
Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanmasına başlanılıb
-
“Azərbaycanla Vaşinqton arasında dialoq daha da intensivləşdirilməlidir”
-
DİN çatdırılma şirkətləri adından göndərilən saxta mesajlara görə müraciət edib
-
Mərkəzi Bank inflyasiya proqnozunu açıqlayıb
-
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb
-
Saray qəsəbəsində silah-sursat aşkar edilib - VİDEO
-
Hədə-qorxu ilə vətəndaşlardan pul tələb edən kanal rəhbəri saxlanılıb
-
FHN: Ötən sutka 37 yanğına çıxış olub, 2 nəfər xilas edilib
-
Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq həyata keçiriləcək
-
Sumqayıtda minik maşını məişət tullantısı daşıyan avtomobillə toqquşub, xəsarət alanlar var
-
İmişlidə qəzada zərərçəkənlər DİN-də qəbul edilib
-
Azərbaycan nefti ucuzlaşıb
-
Rusiyanın vilayətləri üzərində Ukraynanın 8 pilotsuz təyyarəsi məhv edilib
-
“Brent” nefti cüzi bahalaşıb
-
Dövlətə xəyanətdə ittham olunan İvan Svetliçnıy barəsində Bakıda məhkəmə prosesi başlayıb
-
Kolumbiyada baş verən toqquşmalar səbəbindən 30 mindən çox insan evini tərk edib
-
NYMEX əmtəə birjasında təbii qazın ucuzlaşması davam edir
-
Dünya bazarlarında qızıl yenidən bahalaşıb
-
Lerikdə meşəlik ərazidən avtomat silahlar tapılıb
-
Rubio: ABŞ Hindistanla iqtisadi əlaqələri inkişaf etdirmək niyyətindədir
-
ÇL: "Barselona" qələbə qazanıb, "Yuventus" heç-heçə edib
-
Tramp yaxın günlərdə Putinlə əlaqə saxlayacağına ümid etdiyini bildirib
-
Fransa Bəşər Əsədin həbsinə dair yeni order verib
-
“Volkswagen” Trampın gəlişinə baxmayaraq ABŞ-də güclü artım gözləyir
-
İsrail hərbçiləri Qəzzada 15 ay davam edən döyüşlərdə 20 min HAMAS yaraqlısını zərərsizləşdirib
-
Əlcəzair XİN: Son 10 ildə Afrikada terror hücumları 400% artıb