Böyük barışıq: Regional güclər ABŞ və İranı necə razı saldı? — DETALLAR
“Paris-2024”: Yenilənmiş Olimpiya medalları Azərbaycan idmançılarına təqdim olunub
Azərbaycan teatrının görkəmli siması Sidqi Ruhulla 140 yaşında yad edilir
Azərbaycan dühası Mərkəzi Asiya kontekstində: Rafael Hüseynovdan yaddaqalan çıxış
I rübdə qeyri-neft sektoru üzrə ixrac gəlirləri 12%-ə yaxın artıb
27 Dekabr 2024 13:21
3 850
Gələn il yaşayış minimumunun həddi 285 manat götürüləcək.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” qanunda əksini tapıb.
Yaşayış minimumu 2024-cü illə müqayisədə 5,5 faizdən çox artırılaraq 270 manatdan manatdan 285 manata qaldırılır.
2025-ci ildə əmək qabiliyyətli əhali üçün yaşayış minimumu 305 manat olacaq. Yaşayış minimumu pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində proqnozlaşdırılır.
Qeyd edək ki, 2024-cü il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilib.