Böyük Britaniya ilə müxtəlif iqtisadi sahələrdə birgə fəaliyyətin təşviqi müzakirə edilib
Rəqəmsal iqtisadiyyatın inkişafına dair 2026–2029-cu illər üçün Strategiya təsdiqlənib
Biznesin İnkişafı Fondu ASC-yə çevrilib, nizamnaməsi təsdiq edilib
Orta müddətli dövrdə dövlət mülkiyyətində saxlanılacaq müəssisələrin siyahısı dəyişib
“Yüksəliş” müsabiqəsinin 2026-cı ildə keçirilməsinə bir milyon manat ayrılıb
7 Fevral 22:46
3 500
Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Vyanada Birləşmiş Millətlər Təşkilatının (BMT) Xarici Kosmos Məsələləri üzrə Ofisinin (United Nations Office for Outer Space Affairs - UNOOSA) direktoru xanım Aarti Holla-Maini ilə görüşüb.
Universitetin mətbuat xidmətindən xalqcəbhəsi.az-a verilən xəbərə görə, görüş zamanı BDU ilə UNOOSA arasında əməkdaşlıq perspektivləri, eləcə də elmi tədqiqatlar, kadr hazırlığı və beynəlxalq şəbəkə çərçivəsində cihaz və avadanlıqların quraşdırılması istiqamətində birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
Rektor Elçin Babayev BDU-nun astrofizika və kosmos elmləri sahəsində həyata keçirdiyi tədqiqatlar barədə məlumat verib, Universitetin beynəlxalq proqramlarda iştirakının genişləndirilməsinə xüsusi önəm verildiyini bildirib. O, UNOOSA-nın BDU ilə əməkdaşlığının ölkədə kosmos elmləri sahəsində kadr hazırlığına və müvafiq sahə üzrə elmin inkişafına mühüm töhfə verəcəyini vurğulayıb.
UNOOSA-nın direktoru xanim Aarti Holla-Maini isə BDU-nun kosmos elmləri sahəsində uğurlu fəaliyyətinə UNOOSA-nın dəstək göstərməyə hazır olduğunu bildirib. O, xüsusilə gənc tədqiqatçıların və tələbələrin kosmos tədqiqatlarına cəlb olunmasının vacibliyini qeyd edib.