
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
30 may 2025-ci il tarixində İsmayıllı rayonunda Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyi tərəfindən “Gənc mütəxəssislər – gələcəyə addım” layihəsinin icrası baş tutub.
Tədbiri giriş sözü ilə açan birliyin sədri və layihə rəhbəri Həzrət Bədiyev bildirib ki, layihənin məqsədi region gənclərini düzgün peşə-ixtisas seçimi barədə maarifləndirmək, onların təhsil və karyera inkişafına dəstək olmaqdır. O vurğulayıb ki, gənclərin peşə seçiminə təsir edən valideyn və müəllimlərin də məlumatlılığının artırılması, bu istiqamətdə məktəblərdə təhsil və məlumat şəbəkələşməsinin gücləndirilməsi vacibdir.
Tədbirdə Karyera və İnkişaf Mərkəzinin əməkdaşı, təlimçi Tacəddin İbadov çıxış edərək qeyd edib ki, peşə seçimi insan həyatında ən mühüm qərarlardandır. Bu seçim təkcə dolanışıq deyil, həm də özünüifadə vasitəsidir. İnsanlar ilk seçimlərini ətrafdakılara baxaraq edirlər, lakin hər zaman sevdikləri peşə uğur gətirməyə bilər. Bəzən prestijli və sevilən peşələr arasında ciddi fərqlər olur. Gənclərin bu mərhələdə "Mən kim olmalıyam?" sualına cavab axtarması vacibdir. Tacəddin İbadov iki yanaşmadan bəhs edib: bir qisim insanlar tək yol seçərək səhv etməməyə çalışır, digərləri isə öz potensialını və maraqlarını analiz edərək yolunu müəyyənləşdirir. Bu suallar şəxsiyyətin formalaşmasında və özünü dərk etməsində mühüm rol oynayır.