

2025-ci ilin yanvar-may ayları ərzində Azərbaycana 220 milyon 658 min ABŞ dolları dəyərində 8 967 ton əczaçılıq məhsulu idxal edib.
Bu barədə "APA-Economics"ə Dövlət Gömrük Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər baxımından 1.64% və ya 3.6 milyon ABŞ dolları artıb, həcm baxımından isə 15.8% və ya 1680 ton azalıb.
Hesabat dövründə idxal edilən əczaçılıq məhsullarının dəyəri Azərbaycanın ümumi idxalının 2.21%-ni təşkil edib. Ötən ilin müvafiq dövründə əczaçılıq məhsullarının idxalı Azərbaycanın ümumi idxalının 2.97%-nə bərabər olub.
Xatırladaq ki, bu ilin yanvar-may aylarında ölkədə pərakəndə ticarət şəbəkələrində 598.1 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.