ADSEA: İstehsalat tullantı sularının qanunsuz idarə olunmasına görə "ARKA” MMC 10 500 manat cərimələnib Cəmiyyət

ADSEA: İstehsalat tullantı sularının qanunsuz idarə olunmasına görə "ARKA” MMC 10 500 manat cərimələnib

Xəzər Rayon Məhkəməsinin qərarına əsasən, “ARKA” MMC Kağız və Karton Fabriki 10 500 manat məbləğində inzibati cərimə olunub.

Bu barədə Xalqcebhesi.az Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) istinadən xəbər verir.

Cərimə, müəssisənin istehsalat fəaliyyəti zamanı yaranan tullantı sularını qanunvericiliyin tələblərinə uyğun idarə etməməsi səbəbilə tətbiq edilib.

Cəriməyə əsas verən faktlar ADSEA-nın yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin (SİMDNX) keçirdiyi nəzarət tədbirləri nəticəsində aşkarlanıb. Yoxlama zamanı məlum olub ki, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən fabrik tərəfindən əmələ gələn istehsalat tullantı suları müvafiq ekoloji və texniki norma və tələblərə uyğun şəkildə idarə olunmur.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq akt və İnzibati Xəta haqqında Protokol tərtib edilib və toplanmış materiallarla birlikdə məhkəməyə təqdim olunub.

Binə qəsəbəsində tullantı sularının idarə edilməsində qanunsuzluq aşkarlanıbBinə qəsəbəsində tullantı sularının idarə edilməsində qanunsuzluq aşkarlanıbBinə qəsəbəsində tullantı sularının idarə edilməsində qanunsuzluq aşkarlanıbBinə qəsəbəsində tullantı sularının idarə edilməsində qanunsuzluq aşkarlanıb