

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
Ermənistanda revanşist hərəkatın rəhbərləri və üzvləri də daxil olmaqla, 18 nəfərin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
APA Ermənistan KİV-ə istinadən xəbər verir ki, Ermənistan İstintaq Komitəsinin Dövlət, Konstitusiya Quruluşu və İctimai Təhlükəsizlik Əleyhinə Cinayətlərin İstintaqı Baş İdarəsində aparılan istintaq üzrə “Müqəddəs mübarizə” hərəkatının fəallarına qarşı terror aktlarının hazırlanması və dövlət çevrilişinə cəhd maddələri üzrə ittiham irəli sürülüb.
O da qeyd edilib ki, istintaq dövrü üçün 17 nbəfər barəsində həbs, bir nəfərlə bağlı isə polisin nəzarəti altına verilmə və ölkədən çıxışa qadağa qətimkan tədbirləri tətbiq olunub.
Hazırda cinayət işinin materialları ibtidai istintaqa prosessual rəhbərliyi həyata keçirən prokurora təhvil verilib.
Növbəti mərhələdə isə iş baxılması üçün məhkəməyə göndəriləcək.