Baş nazirin müşaviri: Netanyahunun Kuşnerlə görüşü keçirilir
17 Avqust 16:06
17 Avqust 16:06
17 Avqust 15:33
17 Avqust 14:07
17 Avqust 13:08
9 Sentyabr 2025 11:48
2 961
“Hər il yeni dərs mövsümündə ən çox müzakirə olunan məsələlərdən biri də məhz məktəbli formalarıdır. Son illərdə məktəbli formalarının qiymətləri kifayət qədər artıb. Burada qiymət problemi, keyfiyyət və rahatlıq məsələsi də var”.
Bunu xalqcəbhəsi.az-a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu deyib.
Ekspert əlavə edib ki, orta statistik ailə üçün bir məktəbli formasının alınmasına böyük xərclər sərf olunur: “Xüsusilə də ailədə 1-dən çox məktəbli olarsa bu yük daha da artır. Eyni zamanda, bazarda rəsmi təsdiqlənmiş formalarla yanaşı, qeyri-rəsmi satılan alternativlər də var. Valideynlər bəzən ucuz alternativlərə yönəlsə də onların keyfiyyəti aşağı olur. Bəzi valideynlər formaların keyfiyyətindən şikayət edirlər. Bildirirlər ki, baha alsalar da forma tez solur, parçası nazik olur və ya rahat geyim üçün uyğun hesab olunmur. Uşaqların sağlamlığı və rahatlığı baxımından parça seçimi çox vacibdir. Təəssüf ki, bəzi formalarda nəfəs alan, tərləməni minimuma endirən parçalar az istifadə olunur”.
Röya İsrafilova
17 Avqust 17:46
665
17 Avqust 17:24
665
17 Avqust 17:20
623