DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb
Dövlət Agentliyi: İstehlakçıların aldadılması halları ilə bağlı 17 inzibati protokol tərtib olunub
Baş Prokurorluq və DİN 25 il əvvəl törədilmiş qətlin üstünün açılması barədə birgə məlumat yayıb
Premyer Liqa klubu “Borussiya Dortmund”un futbolçusunu istəyir
2 Oktyabr 2025 15:13
2 674
“Azərbaycanda iqlim dəyişmələri təsirlərini göstərməyə başlayıb. Biz bunu bütün sahələrdə hiss edirik. Xüsusilə də yağışların intensivləşməsi, havanın quraqlıq keçməsi, temperaturda artım və s. İsti günlərin uzunmüddətli olması quraqlığa səbəb olur, eyni zamanda, yağışların çoxalması daşqınlara səbəb olur”.
Bu sözləri “Xalq Cəbhəsi”nə açıqlamasında “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri Sadiq Həsənov deyib.
S.Həsənov Xəzər dənizinin suyunun geri çəkilməsi kimi problemlərin də olduğunu söyləyib: “Rəsmi məlumatlara görə su ehtiyatlarımızda keçən 25 il ərzində 15 faizə qədər azalma baş verib. Su ehtiyatlarımız kifayət qədər azalıb. Bununla bağlı Azərbaycan hökuməti 2024-cü ildə BMT-nin İnkişaf Proqramı ilə birlikdə Milli Adaptasiya Planı hazırlayıb. Bu plana uyğun olaraq Azərbaycan müxtəlif sahələrdə adaptasiya tədbirləri həyata keçirməyə başlayıb. Eyni zamanda 2022-2026-cı illər üçün sosial-iqtisadi inkişafla bağlı fəaliyyət planı hazırlanıb və qəbul olunub. Bu plana uyğun olaraq da müxtəlif sahələrdə adaptasiya tədbirləri həyata keçirilir”.
Röya İsrafilova
18:26
441
16:28
644
16:20
658