Emin Əmrullayev Gədəbəydə vətəndaşları qəbul edəcək Cəmiyyət

Emin Əmrullayev Gədəbəydə vətəndaşları qəbul edəcək

Elm və təhsil naziri Emin Əmrullayev 23 oktyabr tarixində Gədəbəy şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Qəbulda Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax sakinlərinin iştirakı nəzərdə tutulur.

Qeyd edilib ki, qəbulda yalnız əvvəlcədən müvafiq qaydada qeydiyyatdan keçmiş şəxslər iştirak edə biləcəklər.

Emin Əmrullayev Gədəbəydə vətəndaşları qəbul edəcək