Nazirlik: Metodistlər yüksək bal toplayan müəllimlərdən seçilir Cəmiyyət

Nazirlik: Metodistlər yüksək bal toplayan müəllimlərdən seçilir

Metodistlər sertifikat imtahanında yüksək bal toplayan müəllimlərdən seçilir.

APA xəbər verir ki, bunu Elm və Təhsil Nazirinin müşaviri, Təhsil İnstitutunun direktor səlahiyyətlərini müvəqqəti icra edən Elnur Əliyev bu gün keçirilən “Keyfiyyətin yüksəldilməsi: Təcrübələr və yeni yanaşmalar” adlı elmi-praktiki beynəlxalq konfransın açılışında bildirib.

Onun sözlərinə görə, prosesə ümumilikdə təxminən 5000 müraciət daxil olub:

“Seçilmiş namizədlər 108 saatlıq metodist hazırlığı təliminə cəlb olunub, mütəmadi seminar və peşəkar müzakirələrdən keçiblər. Nəticədə 325 metodist və 22 aparıcı metodist formalaşdırılıb və müxtəlif istiqamətlər üzrə müəllimlərə dəstək göstərməyə başlayıblar”, – deyə o vurğulayıb.

Elnur Əliyev əlavə edib ki, 325 metodistə kifayət qədər məvacib də təmin edilib.