26 Aprel 16:25
2 247
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH — İran Silahlı Qüvvələrinin elit bölmələri) Hərbi Dəniz Qüvvələri Hörmüz boğazı yaxınlığında iki konteyner gəmisini saxlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.
Məlumata görə, SEPAH-ın Hərbi Dəniz Qüvvələri boğazın akvatoriyasındakı monitorinq sistemləri vasitəsilə "qaydaları pozan iki gəmini müəyyən edərək saxlayıb". Bunlar İsrail ilə əlaqəli olduğu bildirilən "MSC Francesca" və "Epaminondas" gəmiləridir. İran tərəfinin iddiasına görə, gəmilər icazə olmadan boğazdan gizlicə keçməyə cəhd göstərib, naviqasiya avadanlıqlarını qəsdən sıradan çıxarıb və təkrar qayda pozuntularına yol veriblər.
Aprelin 24-də "Tasnim" agentliyi Liberiya bayrağı altında üzən "Epaminondas" konteyner gəmisinin saxlanılması barədə məlumat vermişdi.
Məryəm Quliyeva
09:21
518
28 İyun 17:25
1 176
28 İyun 16:07
1 106