
Çində dünyanın ən böyük mayeləşdirilmiş təbii qaz (LNG) daşıyan tankerlərindən biri inşa olunaraq sifarişçiyə təhvil verilib.
“Xinhua“nın məlumatına görə, “Celsius Georgetown” adlı gəmi 180 min kubmetr qaz daşıma gücünə malikdir və müasir iki yanacaqlı mühərrik sistemi ilə təchiz olunub.