Avstraliya 800 milyon dollar dəyərində hərbi texnika alacaq Dünya

Avstraliya 800 milyon dollar dəyərində hərbi texnika alacaq

Avstraliya hökuməti 800 milyon dollardan artıq vəsait ayıraraq zirehli texnika və hərbi yük maşınlarının modernləşdirilməsini planlaşdırır.

“Bloomberg“in məlumatına görə, ölkə təxminən 300 ədəd Bushmaster zirehli maşın sifariş edib.

Texnika Fransanın “Thales” şirkətinin yerli bölməsi tərəfindən istehsal olunacaq.

Bu addım ABŞ və Çin arasında artan rəqabət fonunda Avstraliyanın müdafiə strategiyasını gücləndirmək məqsədi daşıyır.