Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
Əliyev Yeltsinlə niyə görüşmüşdü? - Vaşinqtonda verilən cavab və BMT-nin xilası
Çin və ABŞ 30 milyard dollarlıq rüsumları qarşılıqlı azaldır
Pezeşkiyan: Hörmüz boğazının açılması memoranduma uyğun həyata keçirilməlidir
26 Aprel 16:04
7 784
Böyük Britaniya kralı III Karlın dövlət səfərinin proqramı Vaşinqtonda jurnalistlər üçün təşkil edilən qəbulda baş vermiş insident səbəbindən dəyişikliklərə məruz qala bilər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə jurnalistlərə Bukingem Sarayının nümayəndəsi məlumat verib.
"Əlahəzrət hadisələrin inkişafı barədə tam məlumatlandırılır. O, Prezident (ABŞ-ın Donald Tramp), birinci xanım (Melaniya Tramp) və bütün qonaqların xəsarət almadığını böyük rahatlıqla öyrəndi. Gözlənildiyi kimi, şənbə axşamı baş verən hadisələrin səfərin əməliyyat planlamasına nə dərəcədə təsir edib-etməyəcəyi ilə bağlı gün ərzində amerikalı həmkarlarla müzakirələr aparılacaq", - deyə o bildirib.
III Karl və həyat yoldaşı kraliça Kamilla atışmadan sonra ABŞ prezidentinə və birinci xanımına mesaj göndərərək zərərçəkənlərə başsağlığı verib, təhlükəsizlik xidmətlərinə isə təşəkkürlərini bildiriblər.
Atışma hadisəsi ABŞ-da, Ağ Ev yanında Müxbirlər Assosiasiyasının prezidentin də iştirak etdiyi qəbulunda baş verib. Nəticədə Məxfi Xidmətin bir zabiti yaralanıb. Atəş açan şəxs saxlanılıb; onun üzərindən bir neçə odlu silah tapılan 31 yaşlı Koul Tomas Allen olduğu məlum olub.
III Karlın 27-30 aprel tarixlərində ABŞ-a dövlət səfəri etməsi planlaşdırılır. Onun Konqresdə çıxış edəcəyi və Ağ Evdə Tramp tərəfindən qəbul ediləcəyi gözlənilir.
Məryəm Quliyeva