DİN-nin nümayəndə heyəti Gürcüstana işgüzar səfər edib Cəmiyyət

DİN-nin nümayəndə heyəti Gürcüstana işgüzar səfər edib

Gürcüstan Daxili İşlər Nazirliyi Kaxeti regionunda Azərbaycan Daxili İşlər Nazirliyinin nümayəndə heyətini qəbul edib. Nümayəndə heyətinə Azərbaycan Cinayət Axtarış Departamentinin rəhbəri Müzəffər Məmmədov başçılıq edib.

Səfər çərçivəsində Gürcüstan Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin direktoru David Kiknadze azərbaycanlı həmkarları ilə işçi görüş keçirib.

Görüşdə sərhəd bölgələrinin polis bölmələri arasında əməkdaşlıq və hüquq-mühafizə sahəsində prioritet istiqamətlər müzakirə olunub.

Tərəflər iki ölkənin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün birgə fəaliyyətin davam etdiriləcəyini bildiriblər.

Cavid