WUF13-lə bağlı növbəti məlumatlandırma sessiyası keçirilib Cəmiyyət

WUF13-lə bağlı növbəti məlumatlandırma sessiyası keçirilib

Bakı Dövlət Universitetində (BDU) Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə əlaqədar məlumatlandırma sessiyası keçirilib.

Sessiyada universitetin tələbə və müəllim heyəti iştirak edib.

Tədbirdə çıxış edən BDU-nun sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev bildirib ki, Azərbaycan son illərdə bir çox nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edib və Bakıda keçiriləcək WUF13 də belə mühüm tədbirlərdən biridir.

Prorektor WUF13-ün ölkəmizdə təşkilinin Azərbaycan üçün mühüm hadisə olduğunu vurğulayıb, bu sessiyanın BDU-da keçirilməsindən məmnunluğunu ifadə edib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin mətbuat katibi Ramiz Həsənov bildirib ki, Azərbaycanın şəhərsalma sahəsində həyata keçirdiyi layihələr və qabaqcıl təcrübələr beynəlxalq platformalarda maraqla qarşılanır. O qeyd edib ki, Bakının WUF13-ə ev sahibliyi etməsi bu nailiyyətlərin göstəricisidir. Ramiz Həsənov vurğulayıb ki, BMT-nin UN-Habitat proqramı tərəfindən təşkil olunan forum şəhər inkişafı sahəsində dünyanın ən nüfuzlu platformalarından hesab edilir və builki tədbirdə iştirakçı sayının daha da artacağı gözlənilir.

WUF13 Azərbaycan Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Hüseynzadə forumun 2001-ci ildə təsis edildiyini və BMT-nin qanunvericilik səlahiyyəti olmayan ən böyük qlobal tədbiri olduğunu diqqətə çatdırıb. O bildirib ki, forum bilik və təcrübə mübadiləsi baxımından güclü platforma rolunu oynayır və hər kəs üçün açıqdır.

Sonra iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) ilə əlaqədar ölkə ictimaiyyətinin bu mühüm tədbir barədə məlumatlandırılması məqsədilə Quba, Lənkəran, Qəbələ, Şəki, Mingəçevir, Gəncə, Xankəndi və Sumqayıtda WUF13 Festivalı təşkil olunub.

WUF13-lə bağlı növbəti məlumatlandırma sessiyası keçirilibWUF13-lə bağlı növbəti məlumatlandırma sessiyası keçirilibWUF13-lə bağlı növbəti məlumatlandırma sessiyası keçirilibWUF13-lə bağlı növbəti məlumatlandırma sessiyası keçirilib