Çadayev Azərbaycan ittihamlarından sonra Rusiya nəqliyyat nazirinin müşaviri vəzifəsindən gedib
İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Trampın Hörmüzlə bağlı iddiasına reaksiya verib
Əraqçi: Prezident Pezeşkianın Azərbaycan Prezidenti ilə telefon danışığı vəziyyəti tamamilə dəyişdi
Azərbaycan güləşçisi dünya çempionatında bürünc medal qazanıb
22:35
406
İran Milli Təhlükəsizlik Ali Şurasının katibi, general-mayor Möhsün Rzayi ABŞ prezidenti Donald Trampın Hörmüz boğazı ilə bağlı iddiasına “X” hesabında reaksiya verib.
APA-nın Tehran bürosunun məlumatına görə, Rzayi ABŞ-ın Hörmüz boğazını açmaq iqtidarında olmaması ilə onun bu boğaza sahiblik iddiası arasındakı uçurum olduğunu bildirib.
“ABŞ-ın Hörmüz boğazını açmaq iqtidarında olmaması ilə onun bu boğaza sahiblik iddiası arasındakı uçurum Vaşinqtonla boğaz arasındakı 7 min millik məsafədən daha böyükdür”, - Rzayi yazıb.
Yazısının sonunda Rzayi ABŞ-a müraciət edərək “Körfəzdə ABŞ sonrası nizama xoş gəlmişsiniz”, - yazıb.